Mühərrik yağına QƏNAƏT

09:02 19-09-2024 | icon 258 | Sosial
Mühərrik yağına QƏNAƏT

Ekspert sintetikdən mineralа keçid barədə tövsiyələrini verdi

 

Avtomobilin müntəzəm texniki xidməti zəruri, lakin bahalı prosedurdur. Bir çox avtomobil sahibləri mühərrikə zərər vermədən necə qənaət etmək barədə düşünürlər. Xərcli işlərdən biri mühərrik yağının dəyişdirilməsidir. Bir çoxları bahalı sintetik yağı daha ucuz mineral yağla əvəzləməyi seçir. Bəs bu, avtomobilə ziyan vermir?

 

"Rosiyskaya Qazeta" yazır ki, rusiyalı avtomobil mütəxəssisi Nikita Rodionov bununla bağlı tövsiyələrini verib.

 

Onun sözlərinə görə, mühərrikə məhz avtomobil istehsalçısının tövsiyə etdiyi yağı tökmək lazımdır:

 

"Reqlamentə ciddi riayət etmək lazımdır, burada heç bir eksperiment olmamalıdır".

 

Ekspert həmçinin iqlim şəraitinin nəzərə alınmasının vacibliyini xatırladıb:

 

"Əgər istehsalçı mineral yağdan istifadəyə icazə verirsə və sizin bölgədə mənfi 25 dərəcədən aşağı şaxta olmursa, keçid mümkündür. Bütün digər hallarda qənaət etməmək daha yaxşıdır".

 

Mütəxəssis yağ növünü dəyişdirərkən sistemi tam yumağın və filtri dəyişdirməyin zəruri olduğunu vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq