Rusiya və Qərbi Ermənistanla oyunlarında birləşdirən xətt

17:08 20-09-2024 | icon 233 | Siyasət
Rusiya və Qərbi Ermənistanla oyunlarında birləşdirən xətt

Bəhruz Quliyev: “Ermənistanı yaradan və bu gün də bəsləyən Qərb və Rusiyadır”

 

Geosiyasi proseslər region və ona maraq göstərən dövlətlərin iç üzünü ortaya qoymaqla irəliləyir. Məlum olduğu kimi, qarşılıqlı tənqid və təhdidlərə, o cümlədən nüvə ritorikasına baxmayaraq, söhbət Ermənistandan getdiyi zaman Rusiya ilə Qərbin mövqeləri üst-üstə düşür. Görünən odur ki, siyasi şoudan tutmuş Ermənistanın hərbiləşdirilməsinə qədər Rusiya öz forpostunun yanında yer almaqda davam edir. Anti-Rusiya sanksiyalarını fəal şəkildə tətbiq edən və onlardan yan keçənləri tənqid edən Paris, Brüssel və Vaşinqton Ermənistanın əlavə vəsaitləri haradan əldə etdiyini çox gözəl anlayır. Onlar Ermənistana təkcə silah satmır, həm də aktiv maliyyə yardımı göstərirlər. Rusiya Ermənistana pul qazanmaq imkanı verir, lakin Qərb buna göz yummağa üstünlük verir. Ümumilikdə sual yaranır: Ermənistan-Rusiya siyasi münasibətlərində “ciddi soyuqlaşma”, İrəvanın qərbyönlü kursu fonunda Rusiya-Ermənistan arasında ticarət dövriyyəsinin artımı, silah təhcizatı ilə bağlı Rusiyanın Ermənistanla genişlənən əlaqələri əslində Qərb-Rusiya-Ermənistan arasında hansı hansı münasibətlərdən və məqsədlərdən xəbər verir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi analitik Bəhruz Quliyev bildirib ki, Cənubi Qafqazda manipulyasiyalar, saxta ittihamlar, məqsədli təxribatlar, saxta düşmənçilik yeni xəbər deyil, Rusiya və Qərbin “Ermənistan” adlı birgə oyunlarının tərkib hissəsidir.

 

Ekspert o cümlədən qeyd edib ki, erməniləri Azərbaycan torpaqlarına köçürən, onları lazımi və həyati əhəmiyyətli vəsaitlərlə, o cümlədən torpaq, mülk verən və sonradan Ermənistan adlı qondarma dövlət quran Qərb ölkələri və Rusiyadır:

 

“Bu tandemin, birgə layihənin tarixi qədimlərə gedib çıxır. Uzunmüddətli planda Azərbaycan torpaqlarında yeni xristian dövləti yaratmaq var idi və bu, qismən də olsa həyata keçirilib. Birinci Qarabağ savaşında qondarma dövlətin ərazilərini keçmiş hakimiyyətlərin naşılığı və səriştəsizliyi və xəyanətkarlığı səbəbindən genişləndirməyi bacarmışdılar. Danılmaz faktdır ki, Ermənistanı yaradan və bu gün də bəsləyən Qərb və Rusiyadır”.

 

B.Quliyev xüsusi olaraq qeyd edib ki, Qərbin və Rusiyanın Cənubi Qafqazda baş verən hadisələrə münasibətinin necə olduğunu dəqiqləşdirmək üçün uzağa getmək lazım deyil, nəticəyə baxmaq kifayətdir:

 

“Qərb, o cümlədən Rusiya öz daxilində baş qaldıran separatçılığa qarşı çox ciddi ölçülər götürür, başqa ölkələrin ərazilərində yaşananlara isə fərqli davranır. ABŞ-da ştatların mərkəzdənqaçma prosesi dərinləşməkdədir, amma mərkəzi hakimiyyət bunun baş verməməsi üçün ən qanlı üsullara, gizli repressiyalara əl atır. Fransanın Korsikada, Yeni Kaledoniyada və digər dənizaşırı ölkələrdə azadlıq hərəkatına verdiyi təpkini, apardığı qəddar siyasəti demək olar ki, hər gün seyr edirik. Amma Parisi ittiham edən, onun yürütdüyü siyasəti tənqid edən yoxdur. Paralel olaraq Azərbaycan ərazisindəki erməni separatçılarını həm Fransa, həm də ABŞ lazım olduğu qədər dəstəkləyirdi. Rusiyanın Cənubi Qafqaz siyasətində də İrəvana dəstək özünü bütün çılpaqlığı ilə büruzə veridi. Bu gün Ukraynada aparılan müharibə səbəbindən bir-birinə düşmən olan Qərb və Rusiyanın Ermənistan məsələsində birgə hərəkət edirlər. Rusiya Ermənistatdadır, həm də bütün mənalarda. Sərhədlərini qoruyur, ərazisində ən böyük hərbi bazaya malikdir. Bununla yanaşı, İrəvan Moskvaya düşmən olan Qərbi Ermənistana gətirir, Rusiya isə yalnız tamaşa edir. Bu, mümkündürmü? Yəni, Ermənistan məsələsində Qərblə Rusiya çəkici bir zindana vururlar. Qərbin Ermənistanla “inteqrasiyasına” cavab olaraq Rusiya İrəvanla iqtisadi əlaqələrini son 3 ildə 2,8 dəfə artırıbsa, burada fəlsəfə axtarmağa əsas yoxdur. Dünyanın bir qütbündə düşmən olan tərəflər, o biri qütbündə dostluq edirlər. Çünki, maraqlar bunu tələb edir. Rusiyada və Qərb ölkələrində prezidentlər gələr və gedər, amma siyasət heç vaxt dəyişmir. Bunu tərəflər “Ermənistan” layihəsində bird aha sübut etdilər. Bir sözlə, Qərbin və Rusiyanın, xristian dünyasının neosəlibçiliyi bütün imkanları və yeni planları ilə davam etdirilir”. /hafta.az/

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq