"“Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatı inkişaf elədi"

19:08 20-09-2024 | icon 250 | Siyasət
"“Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatı inkişaf elədi"

Məhəmməd Əsədullazadə: "İqtisadi layihə olsa da, siyasi münasibətlərdə “yol xəritəsi”ni müəyyən etdi”

 

Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur. Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümü tamam olur. Qeyd edək ki, bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Məhəmmd Əsədullazadə 1994-cü il sentyabrın 20-də Azərbaycanla Böyük Britaniya və bir neçə qərb ölkələri arasında bağlanan bu müqavilənin çox böyük əhəmiyyətə malik olduğunu deyib.

 

Onun sözlərinə görə, məhz müqavilədən sonra yenicə atəşkəsin əldə olunmasına nail olan Azərbaycanın siyasi mövqeyi bir qədər gücləndi:

 

“Azərbaycan “Əsrin müqaviləsi”ndən sonra enerji təhlükəsizliyi məsələsindən yaxşı istifadə edə bildi. Vaşinqtonun, Fransanın, digər qərb ölkələrinin Cənubi Qafqazdakı geoiqtisadi maraqlardan istifadə edərək özünün suverenliyi, təhlükəsziliyi istiqamətində siyasi dəstəyin alınmasına müvəffəq oldu. ”Əsrin müqafiləsi” iqtisadi layihə olsa da, siyasi münasibətlərdə əsas “yol xəritəsi”ni müəyyən etdi. “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatı inkişaf elədi. Bu gün Azərbaycan Avropanın enerji təhlüksizliyində mühüm rol oynayır. Azərbaycan iqtisadiyyatının, ordunun inkişafı, məhz II Qarabağ müharibəsində qələbə çalmağımız neftdən gələn gəlirlər və bunun müqabilində qərb ölkələrinin neytrallığının təmin olunması ilə baş verdi. Bu gün “Əsrin müqaviləsi” qüvvədədir və Azərbaycan Qərb ölkələrinə TANAP, TAP layihələri ilə qaz ixrac edəcək. Bu onu göstərir ki, Azərbaycan 30 il qabaq imzaladığı sazişlərə sadiqdir. Bu Azərbaycanın etibarlılığının göstəricisidir. Bu gün Azərbaycanın mövqeləri beynəlxalq müstəvidə də güclənib. Avropa Azərbaycanla qaz sahəsində memarandum imzalayıb. Bu gün geoiqtisadi müstəvidə Azərbaycana olan diqqət və bağlanan yeni müqavilələr və dünya səviyyəli konfransların Azərbaycanda keçirilməsinə gedən yolun “Əsrin müqaviləsi”ndən sonra uğurlu start götürdüyüyü söyləsək yanılmarıq”. /hafta.az/

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq