Dünyada analoqu olmayan antiterror əməliyyatı

19:37 20-09-2024 | icon 276 | Siyasət
Dünyada analoqu olmayan antiterror əməliyyatı

Şair Ramaldanov: “Bu tədbirin əhəmiyyəti Azərbaycan tarixində özünəməxsus yer tutaraq öyrəniləcək”

 

“Bu gün Azərbaycan xalqı 2023-cü il sentyabrın 19-da antiterror tədbirlərində canı, qanı bahasına şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızın əziz xatirəsini yad edir. Xalqımız onları unutmur və unutmayacaq. Antiterror əməliyyatında şəhid olan qəhrəmanlarımızın qanları ilə Azərbaycanın yeni, ən uğurlu səhifələrindən biri qızıl hərflərlə Azərbaycan tarixinə həkk olunub.  Şəhidlərimizin ailələri daim dövlətimizin diqqətində saxlanılır”.

 

Versus.Az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov Azərbaycan prezidentinin Suverenlik Günü ilə bağlı sərəncamı, antiterror əməliyyatının 1 ili ilə bağlı açıqlamasında deyib.

 

Hərbi ekspert bildirib ki, antiterror tədbirlərin keçirilməsinin qaçılmaz əməliyyat olduğunu qeyd edib:

 

“Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə çalaaraq, işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa edəndən sonra üçtərəfli Bəyannamə əsasında Azərbaycanın ərazisində - Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşməsi ilə bağlı qərar qəbul edilmişdi. Bu qərar əsasında reinteqrasiya prosesi üçün zaman ayrılmışdı və orda yaşayan erməni əhalisi Azərbaycana reinteqrasiya olunmalı idi. Ancaq Azərbaycanın qələbə çalmasına baxmayaraq, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri ərazidə qanunsuz erməni silahlıları yerləşməyə başladı. Hətta antiterror əmliyyatına qədər onların sayı 15 minə çataraq, ağır texnika ilə silahlanmış, yetərli qədər güclənmiş terror qrupuna çevrilmişdi. Müdafiə mövqelərində bütün tələblərə uyğun olaraq işlər aparıldı və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazinin ətrafında yeni bir təmas xətti yarandı. Bu təmas xəttində erməni terrorçularının yerləşməsi müşahidə olundu. Əlbəttə ki, Azərbaycan bununla barışa bilməzdi. Rusiya sülhməramlı qüvvələrinin orda olmasını da, Azərbaycanın bu məsələ ilə də bağlı çox səbrli olmasını da qeyd etmək olar. Azərbaycan 4-cü bəndin tələblərini yerinə yetirilməsi, yəni qanunsuz silahlıların Azərbaycandan çıxarılması ilə bağlı bəndin yerinə yetirilməsi ilə əlaqədar daim həm Rusiya, həm də Ermənistan qarşısında dəfələrə bu məsələni qaldırsa da, hər iki dövlət bundan boyun qaçırmağa çalışdı. Belə olan halda Azərbaycan bu problemlə üz-üzə qaldı. Necə ki, torpaqlarımızın işğalı dövründə Ermənistan BMT-nin 4 qətnaməsini yerinə yetirmədi, eləcə də Üçtərəfli Bəyannamənin 4-cü və digər bəndləri də yerinə yetirmir, vaxtı uzatmağa çalışırdılar. Bunlar terrorçuların Azərbaycanın daxilində atəşkəsin mütəmadi olaraq pozulması ilə müşahidə olunurdu. Dinc əhaliyə, yaşayış məntəqələrinə təhlükə yaratmağa davam edirdilər. Eyni zamanda, artıq Ermənistan tərəfi yeni havadarlar axtarışına çıxmışdılar. Hətta Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində fəaliyyətini narazılıqla qarşılayaraq, müəyyən etirazlar da etmyə başladılar. Bütün bunlar hansısa beynəlxalq missiyanın orda yerləşməsinə hesablanırdı. Bunun da lokamativ rolunu Fransa oynayırdı”.

 

Ekspert bildirib ki, bütün bu proseslər region üçün, Azərbaycan üçün təhlükə yaradırdı. Belə olduğu halda Azərbaycan dövləti qərar qəbul etdi ki, Bəyannamənin 4-cü bəndini özü yerinə yetirsin. Bu istiqamətdə erməni terrorçularının son təxribatına cavab olaraq Azərbaycan antiterror tədbirləri keçirməyə qərar verdi:

 

“Mən deyərdim ki, bu antiterror tədbirləri Azərbaycan ordusunun çox böyük peşəkarlığını bir daha təsdiqlədi və Azərbaycan döyüşçülərinin qəhrəmanlıq səlnaməsinin davamı kimi qeyd olundu. Azərbaycan ordusunun nə qədər humanist bir ordu olması bu antiterror tədbirlərlə bütün dünyaya tanıdıldı. Dünyada elə bir antiterror əməliyyatı yoxdur ki, orda dinc əhali və mülki infrastruktur zərər görməsin. Dünyada böyük bir ərazidə dinc əhali və mülki infrastruktur zərər görmədən antiterror tədbirləri və əməliyyatı keçirən yeganə olaraq Azərbaycan ordusu oldu. 1 günün içində düşmənin ağ bayraq qaldırması tarixə yazıldı. Qeyd edim ki, bu gün artıq demək olar ki, 1 ilə yaxın bir zamanda yaxın şərqdə Həmasa qarşı İsrailin keçirdiyi antiterror əməliyyatı uğurla nəticələnməyib və mülki insan təlafatı artıq 40 minə çatıb. Bu fonda Azərbaycanın antiterror tədbirləri nə qədər unikal nəticəli və bəlkə də dünyada analoqu olmyan bir antiterror tədbiri kimi qiymətləndirilir. Onu da deyim ki, Azərbaycanın keçirdiyi antiterror tədbirləri İsrail ordusunun keçirdiyi əməliyyat ilə ərazi baxımından 10 qat çoxdur. Belə olduğu halda Azərbaycan ordusunun antiterror tədbirləinin nəticəsi bu gün də inkişaf etmiş ölkələrin ali hərbi tədris müəssisələrində öyrənilir. Mən deyərdim ki, istər İkinci Qarabağ müharibəsinin təcrübəsi, istərsə də xüsusən 1 il öncə keçirilən antiterror təcrübəsi daim böyük dövlətlərin ordularının marağındadır, bu təcrübəni hələ də öyrənməkdədilər”.

 

Ş.Ramaldanov qeyd edib ki, antiterror tədbirləri regionun təhlükəsizliyinə xidmət edən bir nəticə idi. Çünki 15 minə qədər terrorçunun Azərbaycanın ərazisində olması Ermənistanın havadarları və maraqlı qüvvələrin marağında idi:

 

“Düşünürəm ki, Azərbaycan ordusunun atdığı bu addım həm zamanca, həm nətciə olaraq çox düzgün bir tədbir oldu. Azərbaycan bir daha bütün dünyaya Azərbaycanın maraqlarını qoruya biləcək, Azərbaycan maraqlarını həyata keçirə biləcək, Azərbaycanın gücünü göstərə biləcək, Azərbaycan xalqının iradəsini göstərə biləcək bir əməliyyat, tədbir kimi tarixə yazıldı. Bu gün də biz həmin qəhrəmanları yad edirik. Azərbaycanın bütün rayonlarında Şəhidlər xiyabanında antiterror əməliyyatında şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiramla yad edilir. Düşünürəm ki, antiterror tədbirinin əhəmiyyəti hələ uzun müddət Azərbaycanın tarixində özünəməxsus yer tutaraq öyrəniləcək”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq