Azərbaycanın strateji hərbi siyasi hədəfləri
Elxan Şıxəliyev: "Antiterror əməliyyatının nəticəsində Azərbaycan özünün strateji hərbi siyasi hədəflərinə nail oldu"
"Azərbaycan Silahlı Qüvvələri tərəfindən antiterror əməliyyatlarının keçirilməsindən 1 il ötdü. Antiterror tədbirlərinin keçirilməsini səbəb və nəticə kontekstində qiymətləndirəndə görürük ki, səbəb olaraq Ermənistan və Qarabağdakı separatçı rejim 2020-ci ilin üçtərəfli Bəyannaməsinə uyğun olaraq qeyri-qanuni birləşmələrin Qarabağdan çıxarılmasını həyata keçirmədiyi üçün və bunun da arxasınca Qarabağda 44 günlük müharibə nəticəsində cənubdan müdafiə olunan 18-ci motaatıcı dviziyasının müharibədən sonrakı şəxsi heyətini və hərbi texnikasını Qarabağ ərazisinə köçürməsi, eyni zamanda Qarabağda olan 10-cu dağatıcı dviziyasının da bölmələri ilə yenidən orda qeyri-qanuni birləşmələrin bir "ordusunu" yaratmaqla fəaliyyətini davam etdirdi. Azərbaycan siyasi hərbi iradəsini daşdıran əsas məqamlardan biri də 1 il öncə - 12 sentyabrda qeyri-qanuni separatçı rejim tərəfindən Şahramanyanın seçkilər keçirməsi, seçkilərin nəticəsində Qarabağda dövlət elan etmələri və bunun da Ermənistan baş naziri Paşinyan tərəfindən teleqram təbriki ilə dövlət qurulması münasibətilə Qarabağ ermənilərini təbrik etməsi yeni antiterror tədbirlərinin keçirilməsi səbəbi oldu".
Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Elxan Şıxəliyev Azərbaycan prezidentinin Suverenlik Günü ilə bağlı sərəncamı, antiterror əməliyyatının 1 ili ilə bağlı açıqlamasında deyib.
Ekspert bildirib ki, paralel olaraq ermənilər Qarabağda istehkam qurğuları yaradırdılar, yeni dayaq məntəqələri, müşahidə məntəqələri, səngər sistemi yaradırdılar. Bu yaratdıqları səngər sistemindən də, mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin həbçilərini atəş altına almaqla ya yaralayırdılar, ya da şəhid edirdilər. Bunun üçün ən azından 2020-ci ilin 8-9 noyabrdan sonra 2023-cü ilin sentyabrına qədər kifayət qədər nifaqlar baş vermişdi və bunun da qarşılığını Azərbaycan Silahlı Qüvvələri misliylə vermişdi. Onun sözlərinə görə, baxmayaraq ki, Rusiya sülhməramlıları bölgəyə yeridilərkən bu qeyri-qanuni birləşmələri burdan çıxardaraq ora yerləşməli idilər, amma bunu tam əksi olaraq orda müharibədən sonra "birinci ümum qoşun ordusunun", Ermənistanın törtöküntülərini yenidən orda təşkilatlandıraraq bir ordu halına gətirməyə cəhd göstərirdilər.
E.Şıxəliyev bildirib ki, antiterror əməliyyatlarının keçirilməsinin ən isti cəhətlərindən biri də bu ərazidə Rusiya sülhməramlılarının mövcudiyyəti idi:
"Rusiya sülhməramlıları da eyni zamanda bu qeyri-qanuni birləşmələrin daşımalarını həyata keçirirdilər. Xüsusən də 2020-ci il 8-9 noyabrından sonrakı mərhələdə Ermənistanda istehsal olunan kifayət piyada əleyhinə minaların daşınmasını və yaratdıqları mövqelərin qarşısında bu minaların basdırılmasını həyata keçirdilər. Bu daşınmaların hamısı Rusiya sülhməramlılarının qeyri-qanuni birləşmələrin Qarabağda yerləşməsini dəstəkləməsi ilə həyata keçirilirdi. Qarşı tərəf heç bir vəchlə Azərbaycanın təkliflərini - birgə yaşayışı, inteqrasiyanı qəbul etmədi. Qeyri-qanuni birləşmələr tərəfindən diversiyaların həyta keçrilməsi, minaların basdırılması nəticəsində hərbçilərimizin şəhid olması və Azərbaycan Ali Baş komandanın antiterror tədbirlətinin keçirilməsi qərarını şərtləndirdi. Biz bilirik ki, Ermənistan silahlı qüvvələrinin o dövr üçün Qarabağın ərazisində 44 günlük müharibədən sonrakı mərhələdə ora daşıdığı şəxsi heyətin dəstəyi vasitəsilə, eyni zamanda qeyri-qanuni birləşmələrə verdiyi 2-ci, 3-cü ölkələrin terroristləinin bölgələrə cəlb edilməsi ilə orada 18 minə yaxın əlisilahlı qeyri-qanuni birləşmələrdən ibarətbir qrup yığmışdı. Bu qruplaşmanın vasitəsilə 406 kv. km. ərazini nəzarətdə saxlayırdılar. Antiterror əməliyyatları Azərbaycan Silahlı Qüvvələrinin öncədən müəyyən olunan əsas hərbi hədəfləri ilə həyata keçirildi. Yəni antiterror tədbiri qeyri-qanuni qruplaşmaların silahsızlaşdırılması, düşmənin hərbi texniki hədəflərinin nəzarətə götürülməsi tapşırığı ilə başladı. Və 24 saat bitmədən ordumuz cənubdan 5 istiqamətdə, şimaldan 8 istiqamətdə xüsusi təyinatlı qruplar Qarabağdakı 18 minə yaxın əli silahlı qeyri-qanuni birləşmələrin ağ bayraq qaldırmasına nail ola bildi. Allah şəhidlərimizə rəhmət eləsin. Müharibələrin, xüsusən antiterror əməliyyatları şəhidsiz olmur. Antiterror əməliyyatı coğrafiya baxımından çox riskli bir əməliyyat idi. Nəticədə silahlı qüvvələrimizin nəzarətinə 1731-ə yaxın müxtəlif texnika və artileriya, hava hücumundan müdafiə avtomobil qurğuları ordumuzun nəzarətinə keçdi. Bu hərbi texnika, arsenal baxımından çox böyük bir rəqəmdir. Eyni zamanda 18 min 6 yüz 64 ədəd atıcı silah da ordumuzun nəzarətinə keçdi. Bundan da əlavə sıradan çıxan tankları, digər silah sursatları vardı. Sadaladığım və sadalamadıqlarımın ümumi məbləği təxminən 4-5 milyard dollar civarında hərbi texnika avadanlığıdır".
E.Şıxəliyev bildirib ki, keçirilən antiterror əməliyyatlarının nəticəsində Azərbaycan özünün strateji hərbi siyasi hədəflərinə nail oldu:
"Hərbi hədəflər ondan ibarətdir ki, qeyri-qanuni birləşmələr bölgədən çıxarılmış oldu, bütün hərbi hədəflər ordumuzun nəzarətinə keçdi. Siyasi hədəf də ondan ibarət idi ki, Azərbaycan Qarabağın da üzərində konstitusiya quruluşunu təsbit etdi və suverenliyimiz bərpa olundu. Əslində siyasi hərbi hədəflərə nail olmağımız səbəbi ilə antiterror tədbirləri 44 günlük müharibəni strateji hərbi hədəflərinin natamam hissəsini tamamlamış oldu. Bununla da bizim strateji siyasi hərbi hədəflərimiz Qarabağ da daxil o coğrafiyada tamamlanmış oldu ən azından. Bütün ərazilərimiz nəzarətimizə keçdi, eyni zamanda qeyri-qanuni birləşmələrin və separatçı rejimin rəhbərləri də nəzarətə götürüldü. Əsas Ermənistanın mesajı da ondan ibarət idi ki, separatçılığın kökünün kəsilməsini və onu yaradanların nəzarətə kötürülməsi ilə baş verdi. Və "hələ gəlib Bakıda çay içəcəyik" xəyalında olan ermənilərin indi separatçı rejimin nümayəndələri, Azərbaycanda həbs olanlar bunu həbsxanamızda həyata keçirirlər".
Ekspertin sözlərinə görə Azərbaycan silahlı qüvvələrinin bütün bunlara nail olmağının 4 əsas kompanenti var. O, bildirib ki, bunlardan birincisi cənab Ali Baş Komandanın strateji viziyonu, strateji siyasi qərarlığı, antiterror tədbirlərinin hazırlanması üçün bölmələrin hazırlanmasına verilən direktivlər və xüsusən də antiterror tədbirlərinin beynəlxalqhumanitar hüquqa uyğun həyata keçirilməsi üzərində direktivləri ki, bir nəfər belə antiterror tədbirlərinin keçirilməsi nəticəsində erməninin, mülki əhalinin burnu qanamayıb:
"Pusquda duran dövlətlər var idi ki, bunun üzərindən Azərbaycana sanksiyalar tətbiq etsin. Əslində cənab Ali Baş komandanın strateji viziyonu əsasında bölmələrimiz sahədə elə davrandılar ki, bütün hədəflər hərbi hədəflər oldu, mülki ermənilərə toxunulmadı.
İkinci kompanenti gəldiyimiz nəticədə xalqımızın dövlətə verdiyi dəstək idi. Həm 44 günlük müharibədə, həm antiterror tədbirlərində. Tamamlanmamışmissiyanın tamamlanması üzərindən daim göstərilən informasiya cəbhəsində dəstək. Üçüncü kompanent silahlı qüvvələrimizin, xüsusən də tək Müdafiə Mazirliyinə daxil olan deyil, bütün güc strukturlarında olan xüsusi təyinatlılarımızınbu arialdan antiterror tədbirlərində iştirakı və döyüş tapşırıqlarını tamamilə sona qədər yerinə yetirmələri idi. 4-cü kompanent də təbii ki,bizə antiterror əməliyyatlarını keçirilməsindən sonrakı mərhələdə, həm öncəsində siyasi vəmənəvi dəstək verən dost ölkələrin olması idi. Buna görə də Azərbaycan hərb tarixinə 19-20 sentyabr antiterror əməliyyatlarının keçirilməsi nəticə etibarı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin və konstitusiya quruluşumuzun bərpasına gətirən bir əməliyyatlar kimi hərb tarixində qalacaq". /hafta.az/
T.Qafarlı
Xəbər lenti
Beş min illik sirli qəbir...
Skeletin yanına bəzi qəbir əşyaları qoyulub ki, bu da...