Neyrobioloqlardan TÖVSİYƏ

11:34 21-09-2024 | icon 465 | Sağlamlıq
Neyrobioloqlardan TÖVSİYƏ

Çox işləmək beyin üçün zərərlidir...

 

Müasir həyat ritmi çox vaxt bizi imkanlarımızın son həddində işləməyə, ofisdə gecəyarısına qədər oturmağa və ya evdə kompüter arxasında uzun saatlar keçirməyə məcbur edir. Lakin neyrobioloqların son tədqiqatları göstərib ki, gündə 4 saatdan çox intensiv zehni fəaliyyət nəinki məhsuldarlığıı artırmır, hətta beyin üçün zərərli ola bilər.

 

Bu barədə "360 TV" ekspertlərə istinadla xəbər verib. Bildirilib ki, alimlər uzun müddət fasiləsiz işləyərkən beyin hüceyrələrinin bərpa oluna bilmədiyini və yığılmış yorğunluğun növbəti günə keçdiyini, bunun da işin səmərəliliyini və diqqəti azaltdığını vurğulayıblar.

 

Onlar işin məhsuldarlığını artırmaq üçün aşağıdakı sxemə riayət etməyi tövsiyə edirlər:

 

- Tapşırığın ən çətin hissəsini ilk 20 dəqiqədə yerinə yetirmək;

- Sonra daha sadə tapşırıqlara keçmək;

- Qısa fasilə etmək;

- Çətin və sadə tapşırıqları növbələşdirərək işə davam etmək.

 

Neyrobioloqlar vurğulayırlar ki, müntəzəm fasilələr etmək, fəaliyyət növlərini növbələşdirmək və beyni həddindən artıq yükləməməklə uzun illər ərzində zehni aydınlığı, yaradıcılığı və məhsuldarlığı qoruyub saxlamaq olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq

Binəqədidə vulkanik ərazidə insanlar necə məskunlaşıblar?