Koronavirus pandemiyasının başlanğıc nöqtəsi MÜƏYYƏN EDİLDİ

11:41 21-09-2024 | icon 499 | Sağlamlıq
Koronavirus pandemiyasının başlanğıc nöqtəsi MÜƏYYƏN EDİLDİ

Avropa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu COVID-19 infeksiyasının ilkin mənbəyini müəyyən etmək məqsədilə genişmiqyaslı tədqiqat aparıblar. Məlum olub ki, qlobal pandemiyanın ocağı Çinin Uhan şəhərindəki dəniz məhsulları bazarı olub.

 

Bu barədə elmi işin nəticələri ABŞ-nin nüfuzlu jurnalı "Cell"də dərc edilib. Tədqiqatçılar virusun genetik məlumatlarını təhlil edərək belə nəticəyə gəliblər ki, Uhan bazarında aşkar edilmiş SARS-CoV-2 genotiplərinin ümumi əcdadı pandemiyaya səbəb olan genotiplə eynidir. Bu, məhz Huanan bazarının ölümcül təhlükəli infeksiyanın bütün dünyaya yayılması üçün başlanğıc nöqtəsi olduğunu göstərir.

 

Alimlər, həmçinin narahatedici bir faktı aşkar ediblər. Uhan bazarında koronavirusa yoluxmağa meyilli olan məməlilərin qanunsuz satışı həyata keçirilib. Onların arasında əksəriyyəti koronavirusa yoluxmuş olan bambuk siçanları, yenot itləri və viveralar olub.

 

Xatırladaq ki, yeni koronavirusa ilk yoluxma halları 2019-cu ilin dekabrında Uhanda qeydə alınıb. Cəmi bir neçə ay ərzində infeksiya bütün dünyaya yayılaraq milyonlarla insanın həyatına son qoydu. İnsanların sağlamlığına və dünya iqtisadiyyatına nəhəng ziyan vuran COVID-19 pandemiyası müasir tarixdə ən genişmiqyaslı və dağıdıcı pandemiyalardan biri hesab edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT