Kosmonavtlardan yeni REKORD

11:45 21-09-2024 | icon 378 | Maraqlı
Kosmonavtlardan yeni REKORD

"Roskosmos"un kosmonavtları Oleq Kononenko (TASS-ın xüsusi müxbiri) və Nikolay Çub bir ekspedisiya zamanı Beynəlxalq Kosmik Stansiyada (BKS) ən uzun müddət qalma üzrə rekord qırıblar.

 

Bu barədə TASS məlumat yayıb. Bildirilib ki, 2022-2023-cü illərdə BKS-də 370 gün 21 saat 22 dəqiqə 16 saniyə olmuş həmkarları Dmitri Petelin, Sergey Prokopyev və NASA astronavtı Frank Rubionun nailiyyəti Bakı vaxtı ilə saat 17:06:51-də Kononenko və Çub tərəfindən üstələnib.

 

Kononenko və Çub BKS-ə 2023-cü ilin sentyabrında çatıblar. Onların Yerə qayıdışı bazar ertəsi, sentyabrın 23-nə planlaşdırılır. Ekspedisiyanın 374 gün davam edəcəyi gözlənilir.

 

 

Yalnız "Mir" orbital stansiyasının göyərtəsində uçan kosmonavtlar Valeri Polyakov və Sergey Avdeyev eyni ekspedisiya daxilində Kononenko və Çubadan daha çox orbitdə qalıblar. Belə ki, Polyakov 1994-1995-ci illərdə 437 gün, Avdeyev isə 1998-1999-cu illərdə 379 gün orbitdə olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq