SEPAH öz sıralarında casus axtarır

14:37 23-09-2024 | icon 340 | Dünya
SEPAH öz sıralarında casus axtarır

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda texniki rabitə vasitələrinin partlayışlarından sonra öz hərbi qulluqçularına hər hansı belə cihazdan istifadəni qadağan edib.

 

Bu barədə "Reuters" agentliyi İranın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat verib.

 

Onların məlumatına görə, SEPAH-da təkcə rabitə cihazlarının deyil, demək olar ki, bütün texniki avadanlıqların genişmiqyaslı yoxlanılmasına başlanılıb. Bildirilir ki, qurumun rəhbərliyi baş verənlərdən narahatdır və "Hizbullah"dan texniki ekspertizanın nəticələrini, həmçinin partlamış məhsulların bir neçə nümunəsini istəyib.

 

Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, SEPAH, həmçinin, İsraillə əlaqəli mənbələrdən pul vəsaitləri alan hərbi qulluqçuların, orta və yüksək rütbəli zabitlərin aşkar edilməsi üçün ciddi araşdırmaya başlayıb.

 

"Bu, onların həm İrandakı, həm də xaricdəki bank hesablarının, eləcə də onların və ailələrinin səyahət tarixçələrinin yoxlanılmasını əhatə edir", - deyə mənbə izah edib.

 

Qeyd edək ki, sentyabrın 22-də İslam İnqilabı Keşikçiləri Korpusu İranın altı əyalətində 12 İsrail agentindən ibarət şəbəkənin ifşa edildiyini bəyan edib. Onların məlumatına görə, bu agentlər ölkənin milli təhlükəsizliyini pozmağa yönəlmiş aksiyalar həyata keçirməyi planlaşdırıblar.

 

Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənubunda kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla 2.8 minə yaxın insan yaralanıb. Bir gün sonra, sentyabrın 18-də simsiz rabitə cihazlarının ikinci dalğa partlayışları olub. Bu dəfə ölənlərin sayı artıb, həmçinin daha 460 nəfərin yaralandığı açıqlanıb. Təkrar kiberhücum zamanı "Icom IC-V82" portativ ratsiyalar, smartfonlar və digər litium-ion batareyalı, həmçinin Günəş panelli cihazlar partlayıb. "Reuters" agentliyinin məlumatına görə, ratsiyalar "Hizbullah" hərəkatı tərəfindən təxminən beş ay əvvəl, partlayan peycerlərlə, demək olar ki, eyni vaxtda alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Deputatlara vəsiqələri verildi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq