Bakı-Sumqayıt qatarlarında qiymətlər ARTIRILIR

18:05 23-09-2024 | icon 204 | Sosial
Bakı-Sumqayıt qatarlarında qiymətlər ARTIRILIR

"25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək. ADY-nin tətbiq etdiyi məsafəəsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaqlar ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10-0.20 AZN arası artırılacaq".

 

Versus.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Dəmir Yollarının Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

 

"Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib", - deyə o əlavə edib.

 

A.Fərəcovun sözlərinə görə, 2024-25-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzilbaşına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə ADY tərəfindən reyslər üzrə mütəmadi reydlər həyata keçirilib, bütün vağzal və stansiyalarda təmir və abadlıq işləri aparılıb, bələdçilər, kassir və kassir-nəzarətçilərin təlimlərə qatılması təmin edilib, Abşeron dairəvi dəmir yolu xətti üzrə infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə profilaktik işlər görülüb, qatarların yeni hərəkət qrafiki tərtib edilib:

 

"Fasiləsiz və keyfiyyətli fəaliyyəti təmin etmək məqsədilə qatarlara Bakı lokomotiv deposunda plandankənar baxış keçirilib, aidiyyəti texniki və estetik təmir işləri aparılıb, vağzal və stansiyalarda yanğın təhlükəsizliyi sistemi, elektrik qurğu və cihazlarının yoxlanılması həyata keçirilib, platformalarda yanğın nasosları yoxlanılıb. Görülmüş bütün bu işlərin nəticəsi olaraq yeni tədris ilindən Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla gündəlik rekord sayda - təqribən 37 min sərnişin daşınır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq

Binəqədidə vulkanik ərazidə insanlar necə məskunlaşıblar?