FUAD ABBASOV RUSİYADA TƏHDİD OLUNUR, BAKIDA İSƏ ERMƏNİ JURNALİST...

17:01 13-03-2019 | icon 112 | Siyasət
FUAD ABBASOV RUSİYADA TƏHDİD OLUNUR, BAKIDA İSƏ ERMƏNİ JURNALİST...

 

 

Versus.Az xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov ermənilər tərəfindən təhdid olunması ilə bağı açıqlama verib.

Jurnalist Real TV-yə müsahibəsində bildirib ki, ona ermənilər tərəfindən təhdidlər 2016-cı ildən başlayıb: “Bu fəaliyyətləri əvvəl də aparmışıq, yenə də aparacağıq. Burada hər hansı dəstək, kömək, iştirak olsa da, olmasa da, davam edəcəyik. Mənə qarşı təzyiqlər daha çox 2016-cı ildən başlayıb. Təkcə internet təhdidləri deyil. Yolda da üçüncü millətin nümayəndələri qarşımıza çıxıb, bizi təhdid edib”.


F.Abbasov deyib ki, təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: “Mənə 2016-cı ilin yayından bildirilib ki, əgər sən Rusiya kanallarına çıxıb, Ermənistan və ermənilər əleyhinə danışsan, səni də, ailəni də cəzalandıracağıq. Məni yolda təhdid edən erməninin kimliyini müşahidə kamerasından müəyyənləşdirib, adını, fotosunu, pasport şəklini kameralardan tapıb hüquq-mühafizə orqanlarına vermişəm. Yanımda rus əsilli bir vətəndaş şahidim var ikən bunu etmişəm. Faktları hüquq-mühafizə orqanlarına aparmağıma baxmayaraq, bunun heç bir faydası olmayıb. Sadəcə olaraq, bizim Rusiyadakı səfirliyimiz xarici işlər nazirliyinə nota ilə müraciət edib ki, bizim ictimai-siyasi fəaliyyətlə məşğul olan jurnalistimizə təzyiq var. Mən bunu da başa düşürəm. Istər hüquq-mühafizə orqanları, istərsə də prokurorluq o millətin təmsilçiləri ilə doludur”.


Yeri gəlmişkən, “RİA Novosti” İA-nın baş direktoru və “Sputnik Azərbaycan”a rəhbərlik edən Əziz Əliyevin barəsində ölkə mediasında, o cümlədən Muxalifet.az saytında dəfələrlə materiallar dərc olunub. Bu materiallarda Ə.Əliyevin anasının erməni olması, dayıları ilə tez-tez görüşməsi, Rusiyadakı erməni lobbisinə xidmət etməsi və “Spitnik Azərbaycan”ın ölkəmizdə daha çox kəşfiyyat informasiyaları toplamaqla məşğul olması haqda kəskin ittihamlar irəli sürülüb. Maraqlıdır ki, konkret şəxslər tərəfindən irəli sürülən bu ittihamlarla bağlı indiyə qədər rəsmi səviyyədə hər hansı araşdırılma aparıldığı haqda ortada heç bir fakt yoxdur. Əksinə, Əziz Əliyevin və rəhbərlik etdiyi media şəbəkəsinin Azərbaycandakı mövqeləri günbəgün güclənməkdədir. Bütün bunlar isə belə deməyə əsas verir ki, Azərbayacanda Rusiyaya, dolayısı ilə Ermənistana xidmət edən Əziz Əliyevə rəsmi səviyyədə “toxunulmazlıq” hüququ verilib.

Amma, təəssüf ki, biz Rusiya hökuməti tərəfindən azərbaycanlı jurnalist Fuad Abbasova qarşı eyni münasibətin şahidi olmadıq.  Hətta jurnalist onu təhdid edən şəxsin fotosunu hüquq-mühafizə orqanlarına təqdim etsə belə, görünən odur ki, bu ölkədə erməniləri kimsə cəzalandırmaq istəmir. Nəticədə isə, Fuad Abbasova qarşı təhdidlərə göz yumulur, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin Bakı filialının şef redaktoru Mətin Yaşaroğlu məhz ermənilərin xeyrinə danışmadığı üçün işdən azad edilir və s.
Zənnimizcə, Azərbaycanın yetkili qurumları bütün bunlar haqda bir daha düşünməlidir...

 

Versus.Az

Xəbər lenti

Stalinlə vidalaşarkən 3 min insan ayaq altında qalaraq ölüb 

– Böyük rəhbərə son dəfə qurban gedən kiçik adamlar

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı -

Nikol Paşinyanın çağırışı ilə Ermənistanda vətəndaşlar məhkəmələrin giriş-çıxışını bağlayıb

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib -YENİLƏNİB

Azərbaycan təmsilçisi Çingiz Mustafayevin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməyib

Fizuli Məmmədov jurnalist Fuad Abbasova dəstək verməyə hazırdı

“Paşinyanın cavabı döyüş meydanında verilməlidir”-MÜSAHİBƏ

Qarabağ klanı Paşinyana qarşı əks-inqilab hazırlayır

Oğul 77 yaşlı anasını öldürdü – Nardaranda dəhşət

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Azərbaycanda dəhşətli hadisədə ölən tələbə...

Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

XIN “Hayastan”ın Qarabağda elədiyi layihələrə beynəlxalq aləmdə münasibət bildirilməsini təmin etməlidir...

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək