Növbəti tədris müəssisəsində geyim QALMAQALI
Müğənni Samir Piriyevin həyat yoldaşı Anara qızı Fərəhin təhsil aldığı 42 saylı məktəbin direktorundan şikayət edib.
Bu barədə sənətçinin xanımı "Instagram" hesabında yayımladığı videomüraciətdə məlumat verib.
O bildirib ki, sözügedən tədris ocağının direktoru onun qızına geyindiyi ətəklə bağlı irad tutub:
"Bu 42 saylı orta məktəbin direktoruna əncam çəkən olsa idi, şagirdlərin və valideynlərin canı dincələrdi. Yaxşı ki, mən Fərəhin yanında idim. Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Mən də ona sual verdim ki, "Nə ətəyidir? Bazar, klub ətəyidir? Məktəb ətəyidir də… Məktəb ətəyi nə rəngdə olur?" Cavab verir ki, "Fərəhin ətəyi ağ rəngdədir". Amma düz demir çünki Fərəhin ətəyi boz rəngdə idi. Ona dedim ki, siz rəngləri ayırd edə bilmirsiniz. Bu direktor özünü nə hesab edir? O gün də bir məktəbli qızın üzərinə qışqırıb".
Qeyd edək ki, ötən gün Tibb Universitetinin müəllimi Nazxanım Qasımova sosial şəbəkədə ali təhsil müəssisəsinin tələbələrindən birinin geyimi ilə bağlı etdiyi paylaşım edib. Həmin paylaşım ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.
Məsələ ilə əlaqədar ATU-nun Epidemiologiya kafedrasının assistenti N.Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb.
Ətraflı videoda:
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...