Daha bir məmur işdən ÇIXARILDI
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov vəzifəsindən azad edilib.
Buna səbəb onun VII çağırış Milli Məclisə deputat seçilməsidir.
Qeyd edək ki, Rövşən Muradov 121 saylı Laçın seçki dairəsindən deputat seçilib. O, parlamentdə YAP-ı təmsil edir.
Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərin nəticələri təsdiqləyib.
Ötən gün isə 7-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda parlamentin sədri, müavinləri və komitə sədrləri seçilib.
Xəbər lenti
Neft bazasında YANĞIN
Fövqəladə vəziyyət rejimi tətbiq edildi