Əməkhaqqı artır: Deputat AÇIQLADI
“Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Bununla bağlı bizə ünvanlanan müraciətlərdə gələn ildən kimlərin maaşlarının artırılacağı ilə bağlı suallar üstünlük təşkil edir”.
Bu sözləri açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, minimum əməkhaqqıdakı gözlənilən artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarıda artımları təmin edəcək:
“Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əməkhaqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır. İqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əməkhaqqının gözlənilən artım praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır”.
Vüqar Bayramov
V.Bayramov deyib ki, gözlənilən artımlar həmçinin özəl sektoru da əhatə edir:
“Çünki gələn ilin əvvəli üçün gözlənilən minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni heç bir sektorda minimum əməkhaqqı məbləğindan aşağı maaş ödənilə bilməz”.
Xəbər lenti
Neft bazasında YANĞIN
Fövqəladə vəziyyət rejimi tətbiq edildi