Qərbin, Avropanın Azərbaycana qarşı SENTYABR AQRESSİYASI

13:01 26-09-2024 | icon 265 | Siyasət
Qərbin, Avropanın Azərbaycana qarşı SENTYABR AQRESSİYASI

Elşad Mirbəşir: “Yenidən Azərbaycan ərazisində separatizmin yaradılması cəhdlərini görürük”

 

Cənubi Qafqaz regionun qarışdırılması, gərginlik ocağına çevrilməsi cəhdləri müşahidə olunur. Hədəf Azərbaycan, müharibə ocağını qalamaq üçün istifadə olunan masa Ermənistandır. Qərbin, Avropanın ayrı-ayrı dairələri ölkəmizə qarşı təzyiq və təhdidlər yağdırmaqla paralel Ermənistanı silahlandırır, Azərbaycan ərazilərində separatçı qrupların yenidən bərpa edilməsi üçün əllərindən gələni edirlər. Xüsusilə ABŞ və Fransadan Azərbaycana qarşı edilən hücumlar bütün beynəlxalq hüquq normalarını əzir. Beləki, konqresmen Şiff və bir sıra digər konqresmenlər tərəfindən 2024-cü il üçün  “Artsax Gəlirlərinin Bərpası Aktı”nın 18 sentyabrda qəbul edilməsinə dair təklifi, OCCRP tərəfindən sifariş edilmiş “araşdırma”,  “Freedom House” tərəfindən hazırlanmış material Samanta Pauerin “USAID araşdırması ermənilərin Qarabağdan kütləvi köçü” bəyanatı və ümümilikdə USAID, Nathalie Loiseau-nun “Dağlıq ermənilərin etnik təmizlənməsi günü”nü Avopa Parlamentində qeyd etmək üzrə fəaliyyəti təşəbbüsü, bu deputatın ermənipərəst fəaliyyəti və sair Azərbaycana qarşı yönələn bu çirkin oyunlar bitmək bilmir. Qərb, Avropa təsisatlarının sentyabr ayında Azərbaycana qarşı bu dərəcədə aktivləşməsi nəyə xidmət edir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə təhlillər aparan professor Elşad Mirbəşir Qərb dairələrinin bu ikili standartlar siyasətini öz fəaliyyətlərinin əsas leytimativinə çevirməsini təəssüflə qeyd edib.

 

O, bir daha bəyan edib ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edib və bu, beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü kimi tanınan torpaqlardır. Professor belə olduğu halda Qərbin öz-özü ilə zidiyyət təşkil etdiyini deyib:

 

“Birincisi separatizm müasir mərhələdə beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan haldır. Nəzərə almaq lazımdır ki, Avropada da separatizm təhlükəsi kifayət qədər ciddidir, separatizm potensialı kifayət qədər böyükdür. Azərbaycan isə separatizm təhlükəsinin aradan qaldırılmasının mümkünlüyünü dünyaya nümayiş etdirdi. Əslində bu, qlobal təhlükənin təmin olunması üçün çox vacib, çox pozitiv bir təcrübədir. Amma biz bu gün yenidən Azərbaycan ərazisində separatizmin yaradılması cəhdlərini görürük. Yəni əgər “arçax” deyilən hansısa bir qruplaşmaya hansısa bir dəstəyin göstərilməsi istiqamətində cəhdlər görürüksə, bu, Azərbaycanın ərazi bütövlüyünə qəstə aşkar cəhddir, daha doğrusu şübhə altına almaqdır. Çünki separatçılar 30 ilə yaxın Azərbaycanın dövlət milli təhlükəsizliyinə çox ciddi təhdid yaradıblar. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan bu təhdidi, bu təhlükəni aradan qaldırdı. Eyni zamanda Azərbaycan ərazisində qanunsuz yaşayan ermənilərə reintegrasiya çağırışının etdi. Lakin ermənilər könüllü şəkildə Azərbaycan ərazilərini tərk edərək vətəndaşları olduqları Ermənistana getdilər. Yəni Azərbaycan ərazisindəki ermənilərin hər birində Ermənistan respublikasının pasportu var idi, onlar Ermənistan respublikasının vətəndaşı idilər. O insanlar 30 il müddətində Azərbaycan miqrasiya qanunvericiliyini pozaraq Azərbaycan ərazisində qeyri-qanuni mövcud olublar. Bunun özü ayrıca bir cinayət məsuliyyətidir. Amma buna baxmayaraq, biz onlara reintegrasiya çağırışları etdik, Azərbaycan vətəndaşları statusunda ölkəmizdə qala biləcəklərini söylədik. Amma onlar Azərbaycan ərazilərini tərk etdilər. Hesab edirəm ki, onları Azərbaycan ərazilərini tərk etməyə məcbur edən, sövq edən elə bu gün Azərbaycanın üzərinə siyasi hücumlar təşkil edən Qərb dairələridir. Çünki onlar bu amildən istifadə edərək Azərbaycana qarşı təzyiqlər göstərmək istəyirlər. Və bu gün də bu təzyiq göstərmə cəhdlərini görməkdəyik. Bu baxımdan düşünürəm ki, Azərbaycan Cənubi Qafqaz regionunda tam yeni geosiyasi konfiqurasiyanı formalaşdırmaqla regional təhlükəsizlik mühitini keyfiyyətcə dəyişməklə özünün güc mövqeyini formalaşdırdı. Həm də Cənubi Qafqazın gələcəyi ilə bağlı bir müəyyənlik yaratdı. Bu reallıq isə Qərb dairələrinin maraqlarına cavab vermir. Onlar mütləq şəkildə hər hansı bir gərginlik predmetinin olmasını istəyirlər. Bu baxımdan da zaman-zaman müxtəlif amillər, xüsusilə də separatçıların vəziyyəti üzərindən Azərbaycana hücumlar təşkil etmək istəyirlər, yaxud da edirlər”.

 

E.Mirbəşir Azərbaycana qarşı bu cür anormal cəhdlərin Brussel danışıqları zamanı da göründüyünü qeyd edib:

 

“Məsələn, Şarl Mişel dəfələrlə səsləndirmişdi ki, Azərbaycan ərazisində ermənilərin təhlükəsizliyini və vəziyyətini müəyyənləşdirmək, yaxud da ki, hüquqlarını qorumaq üçün beynəlxalq mexanizm müəyyənləşməlidir, tətbiq edilməlidir. Əslində bu o deməkdir ki, Qərb regionda yenə də hər hansı bir formada öz təsir imkanlarını yaratmağa çalışırdı. Azərbaycan isə təbii ki, olarının məkirli planlarını çox dəqiqliklə öncədən görürdü və buna imkan vermirdi. Yenə də Qərb Ermənistandan istifadə edərək öz mövcudluğunu Cənubi Qafqaz regionunda təmin etməyi bacardı. Bunun özü də ayrıca bir təhlükə mənbəyidir. Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşdirilməsi, Ermənistanla Qərb parasında hərbi texniki sahədə əməkdaşlığın genişləndirilməsi, ABŞ-la birgə Ermənistan ərazisində hərbi təlimlərin keçirilməsi - bütün bunlar Cənubi Qafqazın təhlükəsizliyi üçün çox ciddi təhdidlər kimi nəzərdən keçirilməlidir. Bu gün Azərbaycanın tam müstəqil siyasəti, nüfuzunun günü-gündən artması, beynəlxalq münasibətlər sistemində təsir dairəsinin genişlənməsi təbii ki, Qərb dairələrini narahat edir. Ona görə narahat edir ki, onlar hazırki güclü Azərbaycana təzyiqlər, təsirlər göstərərək Cənubi Qafqaz regionundakı qəbul etmədikləri vəziyyəti dəyişə bilməyəcəklər. Belə olan halda onlar bu cür cəhdlər edirlər, Avropa parlamentində, müxtəlif Avropa institutlarında ermənipərəst təmsilçilər vasitəsilə Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirirlər, Azərbaycana qarşı sistemli siyasi hücumlar təşkil edirlər. Amma biz görürük ki, Azərbaycan öz yolu ilə inamla irəliləməyə davam edir. Belə olan halda onlar daha da azğınlaşırlar, daha da qıcıqlanırlar və aqressiyalarını daha açıq şəkildə ifadə etməyə başlayırlar. Lakin Azərbaycan öz güc mövqeyini günü-gündən daha da möhkəmləndirməkdədir. Biz haqlı mövqelərimizi inamla qorumaq imkanlarına sahibik və bunu da hesab edirəm ki, dünya ictimaiyyətdə çox aydın görür”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq