"Ermənilər bəhanə göstərilir, əsas məqsəd isə..."

14:00 26-09-2024 | icon 286 | Siyasət
"Ermənilər bəhanə göstərilir, əsas məqsəd isə..."

Natiq Miri: “Bunda da ermənidən daha çox ermənlik eliyən siyasətçiləri görürük”

 

“Azərbaycana qarşı yönələn bu hücumlar ermənilərin növbəti dəfə qlobal güclərin əlində geosiyasi alət olaraq istifadə olunduğunu göstərir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Natiq Miri bildirib.

 

Onun sözlərinə görə, ermənilər bəhanə, əsas səbəb göstərilərək Azərbaycana təzyiq edilir:

 

“Burda da təbii ki, Azərbaycandan Amerika Birləşmiş Ştatlarının konkret istəkləri var. Çünki bilirsiniz ki, Ukrayna-Rusiya müharibəsindən sonra təkcə Ukrayna cəbhəsində deyil, eyni rəqabət, eyni mübarizə artıq Rusiyanın geosiyasi maraqlarının olduğu digər bölgələrə proyeksiya, yəni transformasiya olunub. Biz Cənubi Qafqazda bunu görürük və Rusiyanın sıxışdırılması planı dövrədədir. Bu planın həyata keçirilməsi məhz Güney Qafqazda ən zəif bənd olan Ermənistan üzərindən edilir. Ermənistan üzərindən həyata keçirilməyə başladılan bu plan Güney Qafqazın digər bölgələrinə də sirayət etməlidir. Və burda da müəyyən əngəllər var. Çünki Gürcüstanda ABŞ-ın istədiyi real siyasi vəziyyət mövcud deyil. Gürcüstan hakimiyyəti rusiyayönümlü olması il ittiham edilir. Bu kontekstdə təzyiq altındadır, hətta sanksiyalarla hədələyir. Bölgənin, Güney Qafqazın ən güclü və strateji ölkəsi olan Azərbaycan da müstəqil siyasəti ilə fərqlənir. Bu da indiki vəziyyətdə qlobal güclərə, o cümlədən ABŞ-a sərf etmir. Çünki ABŞ rahat idarə olunan, proqnozlaşdırıla bilən hökümətlərə daha çox üstünlük verir. Belə bir vəziyyətdə Azərbaycanı ram etmədən Rusiyanı bütövlükdə Cənubi Qafqazdan sıxışdırıb çıxarmağın mümkün olmayacağını, ayrıca ABŞ-ın özünün geosiyasi planlarını həyata keçirə bilməyəcəyini də çox gözəl bilirlər. Ona görə bu təzyiqlər mövcuddur”.

 

N.Miri hesab edir ki, Azərbaycana qarşı bu məsələləri qaldıran konqresmenlər, senatorlar hər zaman erməni lobisinin kriminal maliyyəsi ilə alınıb-satılıblar. Və bu insancıqlar növbəti dəfə satıldıqları qiymətin qiymətini ödəməklə məşğuldurlar:

 

“Məsələnin adı bundan ibarətdir. Çünki pulu kim verirsə, sifarişi verən də odur. Bax burda da biz ermənidən daha çox ermənlik eləyən bəzi siyasətçiləri görürük ki, bu hər zaman belə olub, indiki vəziyyətdə də bu belədir. Ona görə də bir tərəfdən ABŞ-ın müəyyən mənada özünün geosiyasi maraqları, digər tərəfdən ABŞ siyasətinə təsir imkanları olan erməni lobbisi ilə bu istəklər birləşib və Azərbaycana qarşı çevrilib. Məqsəd də Azərbaycandan istədiklərini almaqdır. Ona görə də Qarabağdan getmiş ermənilər müxtəlif səviyyədə mövzular, gündəmlər yaratmaqla Azərbaycana təzyiq etmək istəyirlər və bunu dolayısı ilə beynəlxalq hüquqa bağlamaq istəyirlər. Ancaq bu o qədər də asan deyil. Çünki ortada faktlar var və hüquqi cəhətdən kimsə isbat edə bilməz ki, Azərbaycan beynəlxalq humanitar hüququ pozaraq, Qarabağda etnik təmizləmə həyata keçirib. Yəni bu yöndə sifarişlə konkret bəzi siyasi qərarlar qəbul edə bilərlər, necə ki, bu günə qədər Türkiyənin guya ermənilərə qondarma soyqırım tətbiq etməsi ilə bağlı bir çox ölkələrdə, o cümlədən ABŞ-da siyasi qərarlar qəbul olunub. Ancaq məsələni hüquqləşdirmək o qədər də asan deyil. Bunun üçün faktlara ehtiyac var. Belə faktlar, yəni bunun əksini isbat edəcək faktlar Azərbaycanda daha çoxdur. Ona görə də biz bu cür hadisələrin, siyasi qərarların təzyiq mexanizmi olaraq görəciyik. Hər zaman bu cür yalançı, böhtan xarakterli süni gündəmlər yaratmaqla bu gündəmi gələcəyə daşımaq istəyirlər. Ki, nə zamansa bunun üçün münbit mühit yaranarsa, onda əlbəttə ki, bu məsələni Azərbaycanın əleyhinə istifadə edərək ermənilərin istədiyini yerinə yetirsinlər. Deyək ki, yenidən separatizmi diriltsinlər və yaxudda ki, Qarabağ ermənilərinin Qarabağa beynəlxalq nəzarəti altında geri qayıdışını təmin etsinlər. Belə məsələləri daim gündəmdə saxlayırlar ki, Azərbaycan bir balaca zəifləyən kimi buna Azərbaycanın əleyhinə istifadə edə bilsinlər. Ona görə də Azərbaycanın güclü olmaq bir məcburiyyəti var. Bu baxımdan Azərbaycan dövləti, Azərbaycan ordusu və xalqın birliyi mütləqdir.” /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT