Ermənistan üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməzsə...

16:00 26-09-2024 | icon 269 | Siyasət
Ermənistan üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməzsə...

Arzuxan Əlizadə: “Azərbaycan bölgədə sülhə, sabitliyə nail olmağı da bacaracaq”

 

“Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı hər zamanki kimi çox ciddi mesajlar ötürmüş oldu. Bu mesajlar həm ölkə daxilinə, daha çox ölkə xaricində ölkəmizə qarşı yönələn güclərə idi”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında deputat Arzuxan Əlizadə bildirib.

 

A.Əlizadə qeyd edib ki, Azərbaycan Prezidenti həm prezident, həm də parlament seçkilərinin ilk dəfə Azərbaycanın bütün ərazilərində keçirilməsini mühüm hadisə kimi önə çəkməklə, mühüm əhəmiyyətini qeyd edib. Bildirib ki, VII çağırış Milli Məclisə keçirlən seçkilər Azərbaycanın suverenliyinin, ərazı bütövlüyünün bərpa edildiyi şəraitdə uğurla baş tutan proses kimi müsbət dəyərləndirildi:

 

“Prezident çıxışında Azərbaycana qarşı olan qüvvələrin 30 ildən artıq müddətdə ərazilərimizin işğal altında qalmasına göz yumduğunu önə çəkdi. Eyni zamanda münaqişənin tənzimlənməsində əsas vasitəçi olan ATƏT-in Minsk Qrupunun, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycanın işğal altında olan ərazilərinin ermənilərin xeyrinə rəsmiləşdirmə məqsədlərindən danışdı. Xarici qüvvələrin Azərbaycana ciddi təzyiqlər var idi və mövcud reallıqla barışmağı tələb edirdilər. Amma biz öz gücümüzlə, heç bir kənar dəstək olmadan torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan xalqı, dövləti siyasi iradəsini ortaya qoymaqla çox böyük uğur əldə etmiş oldu. Prezident eyni zamanda Azərbaycana qarşı olan xarici qüvvələrin hələ də sakitləşmədiklərini vurğuladı. Qeyd etdi ki, xüsusi ilə ikinci Qarabağ savaşında əldə etdiyimiz uğur, ondan sonrakı antiterror əməliyyatları ilə ərazilərimizin və suverenliyimizin tam olaraq bərpa edilməsi bu güclər tərəfindən həzm edilmir və həzm edilmədikcə də Azərbaycana qarşı təzyiqlərini gücləndirirlər. Buna görə də Prezident qarşıda olan əsas vəzifələrdən biri kimi Azərbaycan ordusunun güclənməsi, silahlı qüvvələrimizin daha da möhkəmlənməsi məsələsini qeyd eləmiş oldu. Eyni zamanda Azərbaycan Prezidenti bildirdi ki, bu son 3-4 il ərzində, ərazilərimizi işğaldan azad etdikdən sonra bütün təzyiqlərə baxmayaraq bir qədər də möhkəmləndik. İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatın nəticələrini bütün dünyaya qəbul etdirə bildik. Bu da bizim dövlət və xalq olaraq çox böyük uğurmuz kimi dəyərləndirilməlidir”.

 

Qeyd edək ki, ölkə başçısı çıxışında sərhədlərimizin bir qədər də möhkəmləndirilməsini əsas vəzifə kimi diqqətə çatdıraraq, Azərbaycanın quru sərhədlərinin hələ də bağlı olduğunu xatırlatdı. Prezident xüsusi olaraq vurğuladı ki, quru sərhədlərimiz bağlı olduğu müddətdə əgər sərhədlər açılsaydı, bizi çox ciddi fəlakətlər gözləyə bilərdi.

 

A.Əlizadə vurğulayıb ki, prezidentin də dediyi kimi, bu gün quru sərhədlərimiz bağlı olsa da, yenə də bir sıra qonşularımız tərəfindən təxribatlara yol verilməkdədir:

 

“Azərbaycanın daxilinə müdaxilə etmək istəyən bəzi qüvvələr boşluqlardan istifadə etmək istəyirlər. Buna görə də Azərbaycanın həm Ermənistanla, həm də digər ölkələrlə sərhədləri bir qədər də möhkəmləndirilməlidir. Prezident bu istiqamətdə işlərin aparıldığını dedi. Azərbaycan prezidenti eyni zamanda sərhəd infrastrukturunun möhkəmləndirilməsi, yeni texniki vasitələrlə təchiz edilməsinin də qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirdi. Həmçinin onu da qeyd elədi ki, dünya bazarında əsas silah istehsalçıları və ixracatçılar olan böyük güclərin bu gün başları özlərinə qarışıb. Yəni daha çox özlərinə silah lazım olur deyə dünya bazarında silahla bağlı da bir qıtlıq yaranıb. Buna görə də Azərbaycanın hərbi sənaye kompleksinin bir qədər də gücləndirilməsinin vacib olduğu qeyd edildi. Həmçinin o da bildirildi ki, son dövrlərdə bu sahəyə ciddi diqqət sayəsində irəliləyişilər var. Artıq Azərbaycan özü bir sıra ölkələrə silah ixrac edir. Həmçinin ATƏT-in Minsk Qrupu ilə bağlı növbəti dəfə mövqeyini bildirdi. Minsk Qrupu zamanında Azərbaycan-Ermənistan arasında münaqişənin həlli olunması vəzifəsini üzərinə götürmüşdü. Bu gün artıq bu problem həll olunduğu üçün bu qurumun bundan sonra ümumiyyətcə qalmağına ehtiyac yoxdur. Amma ermənilər də daxil olmaqla, ermənilərə havadarlıq edən bəzi güclər Minsk Qrupunun saxlanılmasına, ona uyğun qurumların fəaliyyətinin davam etməsinə cəhdlər edirlər ki, bu da əslində Azərbaycanın suverenliyinə qarşı yönəlmiş addımlardan başqa bir şey deyil”.

 

Prezident tərəfindən həmçinin o da qeyd olundu ki, bir sıra qərb ölkələri erməniləri silah-sursatla təchiz edirlər ki, bu heç də xoş niyyətdən irəli gəlmir. A.Əlizadə bunun həqiqətən də əslində ermənilərə sevgidən irəli gəlməyən məsələ olduğunu bildirdi:

 

“Əslində bu, istifadə olunmağa öyrəşmiş ermənilərdən növbəti dəfə istifadə etməklə Azərbaycana qarşı hansısa güc nümayiş etdirmək, eyni zamanda bölgədə bu gün mövcud olan Azərbaycanın öz xeyrinə dəyişdiyi reallıqları dəyişməyə xidmət eləyən məsələlərdir. Həmin güclər ermənilərdən istifadə etməklə növbəti dəfə bölgədə öz mövqelərini gücləndirmək, hansısa formada nüfuzlarını bərpa etməyi hədəfləyiblər. Ancaq bunun qarşısı alınır və bundan sonra da ciddi surətdə alınacaq. Erməniləri nə qədər silahlandırılsalar da, Azərbaycan ordusu, Azərbaycan dövləti qarşısında dayanmaq ixtiyarında deyillər. Dəfələrlə demişik ki, əgər bu cür davam edəcəksə, ermənilərə bağışlanan həmin silahlar Bakıda Zəfər parkını bəzəyəcək, orada olan inventarların sayını bir qədər də artıracaq. Yəni Azərbaycan bu gün istənilən qüvvəyə qarşı duruş gətirmək iqtidarındadır. Xüsusilə də bölgədə artıq Azərbaycan və Türkiyə qardaşlığı, bu iki dövlətin tandemi yeni reallıqlar yaradıb, böyük güclərin bu arialda ciddi planların üstündən böyük bir qara xətt çəkib. Təbii ki, Azərbaycana qarşı birləşən o güclər bununla barışmaq istəmirlər”.

 

Deputat bildirib ki, istənilən halda Azərbaycan daha da güclənməlidir. Qeyd edib ki, dövlətin, eləcə də ordumuzun güclənməsi hədəflərdən biridir:

 

“Həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması da vacib şərtlərdən biridir. Çünki bütün bunların kökündə insan amili var. Xatırlamalıyıq ki, 2-ci Qarabağ savaşında, ondan sonrakı antiterror əməliyyatlarında Azərbaycan əsgəri bir addım belə geri çəkilmədi, yalnız irəli getdi. Öz qəhrəmanlığı, daxili inamı ilə həmin o silahlardan lazım olduğundan bəlkə də artıq səviyyədə istifadə etmək bacarığını nümayiş etdirdi. Amma ermənilərin özlərinin də etiraf etdikləri kimi, Ermənistan ordusunda 11-12 min fərari oldu. Həmçinin ötən ilin sentyabrında keçirilmiş sonuncu antiterror əməliyyat zamanı da ermənilər təxminən 10 mindən artıq fərrariləri ilə yadda qaldılar, ağ bayraq qaldırdılar. Onların əsgərləri hansı silahların verilməsindən asılı olmayaraq, Azərbaycan əsgərinin daxili inamına qarşı heç bir halda dayana bilməzdilər”.

 

A.Əlizadə Azərbaycan prezidentinin çıxışında 30 il ərzində işğalda qalan ərazilərimizlə bağlı daha bir önəmli məqama da diqqət çəkib:

 

“Ölkə başçısının da qeyd elədiyi kimi, Azərbaycan əraziləri 30 il ərzində erməni işğalında oldu və bu müddət ərzində o torpaqları taladılar, viran qoydular. Demək olar ki, bu 30 ildə yalnız dağıdıcılıqla məşğul olublar. Biz isə son dörd il müddətində Qarabağımızı və Şərqi Zəngəzurumuzu yenidən qururuq, infrastruktur layihələri həyata keçirilir. Çox böyük işlər görülüb. Artıq keçmiş məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarında məskunlaşdırılıblar və bu proses bu gün də davam edir. Tikinti quruculuq işlərini həyata keçirmək və o əraziləri bərpa etməklə bir daha bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan xalqı qurucudur, Azərbaycan dövləti yalnız quruculuq işləri ilə məşğuldur.
Qeyd edim ki, prezident İlham Əliyev çıxışında Azərbaycanın bölgədə sülhün, sabitliyin tərəfdarı və qarantı olmasını da dedi. Bildirdi ki, elə 2-ci Qarabağ savaşından sonra da sülhlə bağlı Azərbaycan tərəfindən çağırışlar olub. Ermənistan 10 noyabr bəyannaməsi ilə kapitulyasiya aktına imza atarkən də, ondan sonrakı dönəmdə də üzərlərinə götürdükləri öhtəlikləri yerinə yetirməyiblər. Və biz yalnız öz gücümüzə sülhə çox böyük töhvə vermişik. Təbii ki, bundan sonra da Azərbaycan mütləq mənada bölgədə sülhə və sabitliyə yönəlik addımlar atacaq. Əgər buna qarşı çıxılacaqsa, təbii ki, qarşı tərəfin mövqeyi kəskin surətdə önləniləcəkdir. Bu gün ermənilərə təkcə silah vermirlər, eyni zamanda böyük məbləğdə maliyyə yardımları da edilir. Bu maliyyə yardımlarının müxtəlif sahələr üzrə olması deyilsə də, əslində ermənilərin silahlandırılmasına, hərbi potensialının gücləndirilməsinə xidmət eləyir. Bu, ciddi surətdə qınanılmalıdır və bununla bağlı Azərbaycan diplomatiyası mütləq dünya ölkələrinə həqiqətləri bir daha çatdırmalıdır. Bütün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar da bilmədir ki, bu bölgənin əsas söz və güc sahibi Azərbaycandır. Və Azərbaycan yalnız bölgədə sülhə və sabitliyə nail olmaq istiqamətində addımlar atır. Heç bir kənar müdaxilələrdən asılı olmayaraq, necə ki, Qarabağımızı, Şərqi Zəngəzurumuzu işğaldan azad elədik, eləcə də bu bölgədə sülhə, sabitliyə nail olmağı da bacaracağıq. Kommunikasiya xətlərinin açılmasını da hədəfləyirik. Hədəflərimizdən bir də bu olmalıdır ki, bizim Azərbaycandan departasiyaya məruz qalmış bir milyondan artıq soydaşımızın öz dədə-baba yurdlarına geri qaytarılması haqqını beynəlxalq müstəvidə təsbit etməliyik. Bununla da işğal altında olan həmin tarixi Azərbaycan torpaqlarına da bizim soydaşlarımızın geri qayıdaraq məskunlaşmasını təmin etməliyik. O ərazilərin böyük əksəriyyəti ermənilərin nəzarətində olduğu ərəfədə xarabalığa çevirilib, orda insanlar yaşamır. Biz həmin əraziləri də məskunlaşdırmaqla həmin ərazilərdə Azərbaycan tərəfindən abadlaşdırılması, infrastruktur layihələrinin yenilənməsinə, kommunikasiya xətlərinin açılmasına nail olmalıyıq. Bu bütövlükdə region ölkələrinin iqtisadi inkişafına da səbəb ola biləcək amillərdən biridir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq