"Yalan informasiyaları Qərbə ötürürlər"

17:00 26-09-2024 | icon 269 | Siyasət
"Yalan informasiyaları Qərbə ötürürlər"

Arzu Nağıyev: “Dövlətimizin, xalqımızın rifahı onun təhlüləsizliyinin təminatından başlayır”

 

“Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışı mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın müasir vəziyyəti, dünyada baş verən proseslər, Azərbaycanın rolu və bu istiqamətdə görülən işlər və görüləcək işlərlə bağlı proqram xarakterli bir çıxış idi”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Prezident İlham Əliyevin Milli Məclisdə çıxışı ilə bağlı bir çox nüanslara diqqət çəkərkən bildirib.

 

A.Nağıyev qeyd edib ki, Prezident bütün istiqamətlər üzrə ayrı-ayrılıqda öz fikirlərini bildirdi. O, məhz vətən müharibəsi, antiterror əməliyyatlarından sonra suverenliyimizin tam bərpa olunması ətrafında dediyi fikirləri əsas məqam olaraq önə çəkdi:

 

“Prezident həm prezident seçkilərinin, həm də Milli Məclisə VII çağırış deputatların seçilməsinin suverenliyi bərpa olunmuş bütün ərazilərimizdə, Azərbaycan bayrağı altında keçirilməsini mühüm hadisə kimi önə çəkdi. Təbii ki, Prezident bu istiqamətdə hansı addımların atılacağı, gələcək perspektiv, daxili və xarici siyasətlə bağlı mühüm nüanslar qeyd olundu”.

 

Deputat Prezidentin çıxışında ən mühüm istiqamət kimi milli təhlükəsizliyin təmin edilməsinin qeyd edilməsini təsadüfi saymadığını bildirdi:

 

“Prezident öz çıxışlarında suverenliyin, ərazi bütövlüyünün hər bir Azərbaycan vətəndaşının rifahının əsas istiqaməti ölduğunu bildirib. Təbii ki, hərbi gücümüzün artırılması suverenliyimizə, gələcəkdə iqtisadi, sosial və digər istiqamətdə atılacaq addımlar üçün mütləqdir, lazlmdır. Çünki bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır. Həm də Ermənistan hakimiyyətindən tək Azərbaycana deyil, bütün qonşu dövlətlərə qarşı bir vasitə kimi istifadə etmək Qərbin marağındadır. Buna görə də mütləq şəkildə güclü olmaq, hərbi sənaye kompleksini daha da inkişaf etdirmək ən mühüm məsələdir. Yəni bu gün Minsk Qrupunun ləğvi də mütləq şəkildədir. Çünki vaxtilə yarananda sülhün bərqərar olması istiqamətində addımlar atmalı idi. Lakin birmənalı şəkildə onlar ancaq deklarativ bəyanatlarla yadda qaldılar. Prezidentin çıxışında toxunduğu bu məqamlar xarici qruplara verilən mesaj idi”.

 

A.Nağıyev qeyd edib ki, Prezidentin əsas mesajları müxtəlif ölkələrin təsiri ilə Ermənistanın arxasında dayanıb, ondan vasitəçi kimi istifadə edərək, bizim qələbəmizi həzm etməyən ölkələrə, Azərbaycana qarşı məkilli siyasət aparan qurumlara yönəldi:

 

“Eyni zamanda təhlükəsziliyin təminatı üçün hərbi gücün artırılmasını, hərbi sənaye kompleksinin inkişafı, yeni silahların, yeni texnologiyaların əldə edilməsi, istehsalı kimi əsas istiqamətlər önə çəkilib. Bir daha bəyan olunub ki, döyüş qabiliyyətinin artırılması üçün ən müasir silahlar istehsal olunmalı, onlardan istifadə edə biləcək kadr potentsialı yetişdirilməlidir. Hərbi sənaye kompleksinin güclənməsi ölkəmizin gücünün inkişafı deməkdir. Ən ciddi məsələlərdən biri bizim sərhədlərin qorunmasıdır. Ermənistanla sərhəddə delimitasiya, demarkasiya məsələsi başlayıb. Məlumdur ki, artıq 13 kilometr delimitasiya demarkasiya olunub. Yəni 500 kilometrə qədər olan sərhəd ciddi relyefi olan ərazilərdən keçir. Bu ərazinin müdafiə sestemini möhkəmləndirmək, eyni zamanda müasir istehkam qurğularından istifadə etmək çox mühüm məsələdir. Çünki əsasən yüksəkliklərdə yerləşir. Burda da qulluq keçmək üçün yeni komandalar, eyni zamanda yeni hərbi birləşmələrin yetişdirilməsi də çox mühüm məsələdir. Ona görə ki, Ermənistandan hər vaxt müəyyən təxribat gözləmək olar. Çünki bu gün vizual kəşfiyyatçılar yalan uydurmalarla gəlib Azərbaycan-Ermənistan şərti sərhədində dayanıblar, yalan informasiyaları Qərbə ötürürlər. Fransa bu işdə daha ciddi fəallıq göstərir. Yəni bu yardımlar ancaq onların silahlanması, vaxtilə itirdiklərini bərpa etmələri üçündür. Çünki heç cür Azərbaycanın müstəqil daxili və xarici siyasətini bunlar həzm edə bilmir və qələbəmizi həzm edə bilmirlər. Prezident bu istiqamətdə çox mühüm mesajlar verdi”.

 

Deputat qeyd edib ki, Ermənistan və onun arxasında duran istənilən qüvvə, istənilən ölkə bilməlidir ki, Azərbaycanın dönməz xarici və daxili siyasəti, Azərbaycan xalqı-Ali Baş Komandan vəhdəti daim var. Bütün bunlar Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə ola biləcək istənilən təhlükəni aradan qaldırmağa qadirdir və gələcəkdə hər bir Azərbaycan vətəndaşının rifahını yüksəltmək üçün mühüm addımlardır. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT