"Əbədi nazir" istefa verdi
Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının hökumətində “Əbədi Nazir” kimi tanınan Tea Tsulukiani mədəniyyət və idman naziri vəzifəsindən istefa verib.
Bu barədə T.Tsulukiani özü məlumat yayıb:
“Sabah mənim nazir postunda son iş günümdür. Bundan sonra mən parlamentdə fəaliyyət göstərəcəm”.
T. Tsulukiani hakim partiyanın seçki siyahısında ilk onluqdadır.
Qeyd edək ki, Tea Tsulukiani “Gürcü arzusu” hökumətinin ən təcrübəli naziri hesab olunur. O, 2012-ci ildə Baş nazir Bidzina İvanişvilinin kabinetində ədliyyə naziri olub. Sonra daha beş hökumət başçısının - İ.Qaribaşvili, G.Kvirikaşvili, M.Baxtadze, Q.Qaxariya və İ.Kobaxidzenin kabinetində nazir olub.
Xəbər lenti
Zəngilanda yeni yaşayış KOMPLEKSİ
Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir