Makronun ermənipərəst çıxışına XİN-dən CAVAB

08:18 26-09-2024 | icon 164 | Siyasət
Makronun ermənipərəst çıxışına XİN-dən CAVAB

Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı” fikrinə münasibət bildirib.

 

Versus.Az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə şərh verib.

 

“Fransa Prezidenti Emmanuel Makronun 25 sentyabr tarixində BMT Baş Assambleyasında çıxışı zamanı, “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı” fikirləri Fransanın həm ölkəmizə, həm də ümumilikdə sülh prosesinə göstərdiyi qərəzli ermənipərəst yanaşmanın növbəti nümunəsidir”, – şərhdə vurğulanıb.

  

Onun sözlərinə görə, "İrəvanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir":

 

“30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanılının qayıdış hüququnu heçə sayan Ermənistanın sülhsevər qurban ölkə kimi təqdim olunması Fransanın apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir”.

 

XİN-in sözçüsü qeyd edib ki, “dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq

Binəqədidə vulkanik ərazidə insanlar necə məskunlaşıblar?