Türkiyə ordusundan geniş antiterror əməliyyatı
Türkiyənin müxtəlif hərbi birliklərinin iştirakı ilə terrorçulara qarşı "Gürz-17" əməliyyatı keçirilib.
Versus.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında paylaşım edib.
O bildirib ki, əməliyyat nəticəsində terrorçuların gizləndiyi 71 mağara və sığınacaq aşkar edilərək dağıdılıb.
Terrorçular həmin sığınacaqlarda çoxlu sayda silah-sursat saxlayıblar.
A.Yerlikaya terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.
Xəbər lenti
Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası
"Azərbaycan müharibədən sonra bircə həmlə ilə sübut etdi ki, vasitəçilərsiz də razılaşmaq olar"