“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

17:38 27-09-2024 | icon 483 | Siyasət
“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

Elman Nəsirov: "Biz bu amillər nəticəsində tarixi qələbəmizi əldə etdik"

 

27 sentyabr… Bu gün 30 il müddətində Azərbaycan torpaqlarının içərilərinə doğru irəliləyən, istehkamlar quran Ermənistanın təcavüzkar, işğalçı hərbi qüvvələrinə qarşı Azərbaycan Ordusunun əks-hücuma keçdiyi 44 günlük savaşdan 4 il ötür. Azərbaycan dövlətinin 44 günlük müharibədə əldə etdiyi Zəfər tarixə qızıl hərflərlə yazıldı. “Vətən Müharibəsi” adlandırdığımız 44 günlük savaşın əhəmiyyəti yüksək dəyərləndirilməklə, onu müqəddəs sayan bir sıra amillərlə bu gün də təhlil olunur.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən deputat Elman Nəsirov bir çox nüansa diqqət çəkib.

 

- 27 sentyabrda başlayan və 44 gün ərzində qələbə ilə bitən müharibənin Azərbaycan üçün ən mühüm əhəmiyyəti nədir?

 

- 2020-ci ilin 27 sentyabr tarixində erməni silahlı qüvvələrinin təkcə hərbi obyektlərimizi, hərbçilərimizi deyil, mülki əhalini, mülki obyektləri hədəfə almasına və törətdiyi hərbi avantüraya cavab olaraq yenilməz Azərbaycan Silahlı Qüvvələri öz müzəffər Prezidentinin rəhbərliyi altında düşmənə qarşı əks-hücuma keçərək Vətən uğrunda savaşa başladı. Müharibənin gedişatında ordumuz bir gün belə geri çəkilmədi və 44 gün ərzində yalnız irəli gedərək işğal altındakı torpaqlarını azad etdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhər azad olundu. Bundan sonra artıq Ermənistan siyasi hərbi rəhbərliyi dilemma qarşısında qaldı. Ya müharibəni bundan sonra da davam etdirmək, müqavimət göstərmək, ya da ki, təslim olmaq. Təbii ki, düşmən ikinci yolu seçmək məcburiyyətində qaldı. 2020-ci ilin noyabr ayının 10-da gecə radələrində Ermənistan baş naziri naməlum şəraitdə kapitulyasiya aktına imza atdı. Bununla da 2-ci Qarabağ müharibəsi başa çatdı, tarixi ədalət bərpa olundu, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi və dahi şəxsiyyətin məzarı önündə söylədi ki, mən bu gün xoşbəxt prezidentəm, çünki ata vəsiyyətini yerinə yetirmişəm və atamın bütün torpaqlarımızın azad olunması ilə bağlı arzularını gerçəkləşdirə bildik, Şuşa bu gün azaddır, millətmin, xalqımızın gözü, könlü şad olsun, gözü aydın olsun söylədi. Doğurdan da Azərbaycan Prezidenti xoşbəxt insandır. Məhz onun rəhbərliyi altında bizim yenilməz ordumuz tarix yazmış oldu. Cənab prezident bu zəfəri ilə tarixi şəxsiyyət olduğunu sübut elədi, öz adını qızıl hərflərlə tarixə yazdı.

İndiki nəsil fəxarət hissi ilə bu tarixi zəfərimizi qeyd edir. İlk növbədə 30 il ərzində alnımızda qalan o xəcalət təri silinmiş oldu. Həm də biz tarixi ədaləti bərpa etdik, beynəlxalq hüququn keşiyində dayandığımızı bütün dünya sübut elədik. Azərbaycan bu zəfəri, bu qələbəsi ilə azadlıq uğrunda mübarizə aparan bütün xalqlara bir nümunə, örnək oldu ki, mübarizənizi sona qədər aparın, ilk növbədə siyasi iradəniz, vətənpərvərliyiniz olsun, peşəkar olun və yeni ruhda, milli ruhda bir gənclik formalaşdırın, o zaman qələbə, zəfər sizinlə olacaq. Biz bu amillər nəticəsində tarixi qələbəmizi əldə etdik.

 

- Azərbaycanın qələbəsi nəticəsində hansı reallıq formalaşdı?

 

- Müharibədən sonra içərimizdə, necə deyərlər, bir sızıltı var idi: ərazi bütövlüyümüzü təmin etmişik, amma suverenliyimizlə bağlı bir qədər ehtiyatla fikrlər səsləndirirdik. 2023-cü ildə yenə də müzəffər Prezidentimizin rəhbərliyi altında şanlı oldumuz bir günlük antiterror əməliyyatı keçirdi və Ermənistanın silahlı qüvvələrinin, Qarabağdakı separatçı rejimin tör-töküntülərinin təslim olmasını şərtləndirdi. Onlar ağ bayraq qaldırdılar, silah-sursatlarını təhvil verdilər və rədd olub Azərbaycan torpaqlarından getdilər. Və bu gün fəxrlə deyə bilirik ki, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib.

Eyni zamanda bir yeni reallıq yarandı. Onu yaradan da Azərbaycan dövləti, onun Ali Baş komandanı, onun formalaşdırdığı siyasi silahlı qüvvələr oldu. Biz artıq yeni vəzifələri icra etməyə başladıq. İlk növbədə işğaldan azad olunmuş ərazilərimizin bərpası, yenidən qurulması ilə bağlı məsələlər idi. Bu istiqamətdə çox ciddi işlər görülüb. Qarabağın və Şərqi Zəngəzurun siması bu gün tamamilə dəyişilməkdədir. Bu məqsəd üçün siyasi iradə, maliyyə vəsaiti var. Artıq səkkiz min soydaşımız öz ata-baba yurduna qayıdıb. Körpülər, tunellər tikilib, məktəblər, xəstəxanalar - geniş infrastruktur layihələri həyata keçirilir. Eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun yaşıl zonaya çevrilməsi əsas hədəfdir, yaşıl enerji zonasına çevrilməsi istiqamətində həlledici addımlar atılır. Nəzərə alsaq ki, Azərbaycanın bərpa olunan enerji sahəsində də geniş potensialı var. Bu gün bizim quruda 27 gigebatlıq yaşıl enerji potensialımız var. Xəzər dənizində 157 gigebaytlıqdır həmin potensial. Qarabağda, Şərqi Zəngəzurda bizim 10 gigebaytlıq yaşıl enerji potensialımız var. Bunlar çox böyük göstəricilərdir. Sözün həqiqi mənasında həm Şərqi Zəngəzurun, həm Qarabağın, həm də Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi dövlətimizin siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

 

 

- Bu gün Azərbaycan ordusu hansı gücə sahibdir?

 

- Cənab Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında vurğuladı ki, bu reallıqda, yəni ərazi bütövlüyümüz və suverenliyimizin tam qəti və əbədi bərpa edilməsi reallığında qarşımızda yeni hədəflər, yeni çağırışlar var.Bu ilk növbədə ordumuzun gücləndirilməsi, hərbi potensialımızın daha da möhkəmləndirməsi ilə bağlıdır. Çünki düşməni silahlandıranlar var, düşməni hücum silahları ilə təmin eliyənlər var. Fransa bu sahədə canfəşanlıq edir. Yunanıstan, Kipr respublikası, potensial olaraq Cənubi Koreya, Yaponiya Birləşmiş Ştatların diktəsi ilə Ermənistanı hərbi baxımdan gücləndirmək siyasətini həyata keçirirlər. Hindistan bu sahədə xüsusi canfəşanlığı ilə seçilir. Eyni zamanda Ermənistanda revanşizmi gücləndirirlər. Belə olan halda təbii ki, biz hərbi baxımdan güclü olmalıyıq. 2025-ci ilin büdcəsinə hərbi təhlükəsizlik büdcəsinin daha da artırılması əsas hədəflər sırasındadır. Cənab prezident bu reallığın fonunda ölkəmizin hərbi sənaye kompleksinin gücləndirilməsi məsələsini ön plana çəkdi. Ölkəmizdə 20-dən artıq hərbi zavod fəaliyyət göstərir. Onların daha da moderinləşdirilməsi və dünya silah bazarında Azərbaycanın mövqelərinin formalaşması əsas hədəflərdən biridir. Xüsusilə dünya silah bazarında müəyyən boşluq yaranıb. Bu da Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Bu sahəni də cənab prezident əsas istiqamətlərdən biri kimi müəyyən elədi. Həm də yeni reallıqda, yəni tarixi zəfərimizin və bir sutkalıq antiterror əməliyyatının yaratdığı yeni reallıqda Azərbaycanın təhlükəsizliklə bağlı da məsələlərə yeni baxış özünü göstərir. Cənab prezident də parlamentdəki çıxışında vurğuladı ki, daxildən bizə heç bir təhdid yoxdur, bizə təhdidlər xaricdəndir. Həmin xaricdən olan təhdidlər iki istiqamətdən gəlir - biri sərhəddən gələn təhdidlər, digəri ideoloji sahə üzrə təhdidlər. Sərhədlərin daha da möhkəmləndirilməsi, quru sərhədlərin bağlı saxlanması bu gün ölkəmizə qarşı xaricdən gələ bilən çox ciddi təhdidlərlə bağlıdır və çox düzgün siyasətdir - bunu da vurğuladı cənab prezident. Həmçinin ideoloji sahəyə diqqəti çəkdi ki, hələ də ölkəmizə təhdidlər, təzyiqlər var. Xüsusilə gənc nəslin milli ruhda tərbiyəsi məsələləri ön plana keçir. Məktəbin, ailənin üzərinə bu konteksdə böyük məsuliyyət düşür. Və bu məqamları da cənab prezident vurğuladı.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, tarixi zəfərimiz nəticəsində ərazi bütövlüyümüz bərpa edildi, 1 günlük antiterror əməliyyatları nəticəsində suverenliyimiz tam təmin edildi və yeni bir Azərbaycan formalaşdı. Bu yeni Azərbaycan qarşısında dayanmış yeni hədəflərin ətrafında hamımız birləşməli, monolit bir qüvvə kimi çıxış etməliyik, hədəflərimizə çatmalıyıq.

 

T.Qafarlı
/hafta.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq