"Xoşlarına gəlsə də, gəlməsə də bu bizim priotetimizdir"

18:00 27-09-2024 | icon 302 | Siyasət
"Xoşlarına gəlsə də, gəlməsə də bu bizim priotetimizdir"

Ədalət Verdiyev: “Bütün bunlar qələbəmizdən sonra Azərbaycanın hərbi qüdrətinin artırılmasına yönəlib”

 

“Azərbaycanı güclü edən ilk növbədə Ali Baş Komandanın sarsılmaz iradəsi, ordumuzun yüksək peşəkarlığı, döyüş hazırlığı və vətənə bağlılığı idi. Məhz bu faktrlar xalqımızın dövlətə və Ali Baş komandana verdiyi dəstəklə birlikdə Azərbaycan ordusunun qələbəsini təmin etdi. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Azərbaycan ərazilərindən separatizmin kökünün kəsilməsi ilə nəticələndi. Bu proseslər ümumilikdə beynəlxalq aləmə ilk dəfə olaraq separatizmlə mübarizənin yol xəritəsini, onun bu sağalmaz xəstəliyin müalicə reseptini təyin etmiş oldu”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev 2020-ci il 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən Müharibəsi ilə bağlı açıqlamasında bildirib.

 

Ekspert qeyd edib ki, uzun illər davam edən işğal prosesi zamanı Ermənistan davamlı olaraq Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün müxtəlif cür təxribatlara əl atıb. Onun sözlərinə görə, bu, Ermənistanın baş naziri N.Paşinyan hakimiyyətə gələndən sonra bu fəaliyyət kifayət qədər intensivləşdi:

 

“Aprel döyüşlərindən, Günnüt əməliyyatından, Tovuz döyüşlərindən dərs çıxarmayan Ermənistan 2020-ci ilin 27 sentyabr tarixində müxtəlif növ iriçaplı silahlardan, artileriya qurğularından istifadə edərək Azərbaycan ərazilərindən ordumuzu intensiv şəkildə atəşə tutdu. Bunun nəticəsində də bir çox mülki vətəndaşlarımız və hərbi qulluqçularımız şəhid oldular. Ermənistanın təxribatlarının qarşısının alınması üçün Azərbaycan tərəfi sentyabrın 27-də Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. Kifayət qədər intensiv davam edən döyüş əməliyyatlarının ilk günündə Azərbaycan ordusu pilotlu və pilotsuz aviatsiya vasitəsilə düşmənin hava hücumundan müdafiə sistemlərinin 60 faizini demək olar ki, tamamilə sıradan çıxardı. 26 il ərzində hazırlanan Ohanyan xətti də ilk əməliyyatlar gününün günorta saatlarında tamamilə yarıldı. Həm Ağdərə-Kəlbəcər, həm də Araz boyu istiqamətdə düşmənin ciddi sayda silah-sursat texnikaları sıradan çıxarıldı, şəxsi heyəti məhv edildi, birinci eşalonu kifayət qədər bir ərazidə yarıldı. Əməliyyatlar gününün sonunda isə Azərbaycan ordusu artıq Cəbrayılın iki, Füzulinin dörd kəndini düşmən işğalından azad etdi, eyni zamanda da Ağdərə-Kəlbəcər istiqamətində yerləşən Murovdağ hissəsindəki bir neçə yüksəklikləri nəzarətə götürdü”.

 

Ə.Verdiyev Vətən müharibəsi başa çatdıqdan sonra prezident İlham Əliyevin imzaladığı çox mühüm bir sərəncama diqqət çəkib:

 

“Sərəncam Azərbaycan respublikasında “anım gününün təsis edilməsi” haqqında oldu ki, bu da Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-də qeyd olunur”.

 

Ekspert Azərbaycan xalqına, dövlətinə 44 günlük zəfər savaşını yaşadan Azərbaycan ordusunun bu günkü durumuna diqqət çəkib. O, bildirib ki, Azərbaycan Ordusu Cənubi Qafqazın lider dövləti statusundan da daha böyük status olan Orta güc ölkəsi statusuna yiyələnib:

 

“Bu bizim beynəlxalq aləmdə həyata keçirdiyimiz böyük layihələrin də nəticəsi olaraq artıq qəbul edilir. Digər tərəfdən isə Azərbaycan öz hərbi gücünü də durmadan artırır. Yeni qoşun növünün yaranması, komanda birliklərinin yaranması və sayının artırılması Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə Azərbaycanın birgə təlimlər keçirməsi, silah arsenalının yenilənməsi, hərbi hava qüvvələrində yeni uzaqmənzilli və uzun müddət havada qala bilən puaların alınması, pilotlu hücum aviatsiya vasitələrinin Azərbaycana gətirilməsi, hərbi nəqliyyat vasitələrinin parkının yenilənməsi - bütün bunlar qələbəmizdən sonra Azərbaycanın hərbi qüdrətinin artırılmasına yönəlib. Hesab edirəm ki, bu addımlar gələcəkdə də prioritet olacaq. Çünki Ermənistan nə qədər Azərbaycana qarşı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, zaman-zaman birmənalı olmayan bəyanatlar səsləndirirsə, biz də ordumuzu daim güclü-qüdrətli və istənilən vəzifəni yerinə yetirəcək qədər imkanlara malik bir səviyyədə silahlandırmalıyıq. Kiminsə xoşuna gələ də bilər, gəlmiyə də bilər, amma bu bizim priotetimizdir”.

 

Ə.Verdiyev qeyd edib ki, qələbənin Azərbaycana verdiyi yeni imkanlar kifayət qədər geniş spektra malikdir. Lakin onların arasında ən mühüm amil Türk Dövlətləri Təşkilatının yaranması ilə bağlıdır:

 

“Daha əvvəl Türk Dövlətləri Şurası olan bir təşkilat artıq Türk Dövlətləri Təşkilatına çevrildi. Digər tərəfdən, ümumilikdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə və bu qələbə nəticəsində imzalanan birgə bəyanat nəticəsində Zəngəzur dəhlizinin açılması və türk dünyasının əvvəlki kimi bir-biri ilə daha yaxın əlaqələr qurmaq, hətta hərbi sahədə yaxından əməkdaşlıq etmək imkanları yaradıb”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq