Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

08:52 28-09-2024 | icon 305 | Sosial
Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakının mərkəzinə yaxın məsafədə yerləşən evlər ucuz qiymətə kütləvi satılır.

 

Versus.Az xəbər verir ki, söhbət paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən köhnə tikililərdən və fərdi evlərdən gedir.

 

Ərazidə 1 otaqlı evlərin qiyməti 65 – 68, ikiotaqlılar 75-100 min manat arasında dəyişir.

 

Sahəsi 120 kvadratmetrdən başlayan mənzillərdə ucuzlaşma var. Elan saytlarında Bayıl və “20-ci sahə” adlanan ərazilərdə münasib qiymətə satışa çıxarılan həyət evləri kifayət qədər çoxdur. Məsələn, elanların birində sahəsi 140 kvadratmetr olan dördotaqlı həyət evinin satış qiyməti 85 min manatdır. Digər bir elanda isə 3 sot ərazidə tikilmiş 3 otaqlı, 85 kvadratmetrlik evin dəyəri 70 min manat təşkil edir.

 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu evlərin satış sayının çoxalması əmlakların statusu ilə bağlıdır. Satışa çıxarılan evlərin əksər hissəsində çıxarış ümumiyyətlə yoxdur. Bəzilərində isə sadəcə əvəzedici sənədlər mövcuddur.

 

Ekspert qeyd edib ki, ucuzlaşmanın digər səbəbi adıçəkilən ərazidə infrastrukturun tam olmamasıdır. O, Bayıl və “20-ci sahə” massivinin Bakının baş planına əsasən, söküntüyə cəlb olunacağını da bildirib.

 

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT