Siyasətçilərin də axışdıqları Vudu bazarı
Bu bazarda şüşədə cinlər, ovsunlu kuklalar satılır
Hər şeyin bazarı ola bilər, lakin Toqodakı Vudu Bazarı dünyanın ən heyrətamiz alış-veriş məkanlarından biridir. Dünyanın hər yerindən insanların axın etdiyi bu bazarda satılanlar dəhşətə gətirir: Şüşələrə salınmış cinlər, ovsunlu kuklalar və heyvan kəllələri...
"Sputnik Türkiye"yə yazır ki, söhbət dünyanın ən böyük ovsun bazarı kimi tanınan "Akodessewa"dan gedir. Burada ərzaq və ya paltar deyil, ruhlara xidmət edən ovsun ləvazimatlar satılır.
Vudunun ürəyi: Loa ruhları və şəfa axtarışı
Bazarda satılan məhsullar Vudu dinində ruhlar aləmi ilə əlaqə qurmaq üçün istifadə edilən vasitələr hesab olunur. Xüsusilə "Loa" adlanan və ruhlara kömək etmək üçün istifadə olunan bu əşyalar şəfa tapmaq, yaxud pislikdən qorunmaq istəyənlər tərəfindən seçilir. Toqo xalqı heyvan dərilərindən hazırlanan ovsunlu kuklalar və tısbağa qabığı tozu ilə xəstəlikləri müalicə edirlər.
Bazarın qoxusu və qaranlıq rituallar
Bazardan pis qoxu gəlir və satılan qeyri-adi məhsullar buranı ziyarət edənləri istər-istəməz qorxudur. Vudu kahinləri tısbağa qabığından şəfa tapmağa çalışan xəstələr üçün dualar oxuyurlar, bəzi ayinlərdə isə yarasa və ya kərtənkələ qurban verilir. Şəfa tapmaq və ya pis ruhlardan təmizlənmək istəyən ziyarətçilərə kahinlər, hətta fal da açırlar.
Şüşələrdə cinlər və toyuq hissələri
Bu bazarda satılan hər hansı heyvan hissəsi ovçulardan gələn xüsusi məhsuldur. Bundan başqa kahinlər, məsələn, şans gətirməsi üçün şüşədə cin təqdim edə, yaxud işlərini yoluna qoymaq üçün toyuq hissəsi verə bilərlər. Hər kahin fərqli bir ritual təklif edir, bəziləri isə ovsun üçün it kəlləsi və ya siçan quyruğu tələb edirlər.
Təkcə yerli deyil, beynəlxalq maraq var
Bu bazar təkcə yerli əhalinin deyil, dünyanın dörd bir yanından gələn insanların da diqqət mərkəzindədir. Məlumata görə, hətta bəzi siyasətçilər də buranı ziyarət edərək kahinlərdən kömək umurlar.
Xəbər lenti
Beş min illik sirli qəbir...
Skeletin yanına bəzi qəbir əşyaları qoyulub ki, bu da...