Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

19:40 28-09-2024 | icon 416 | Geopolitika
Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Vüqar Dadaşov: "Həsən Nəsrullahın öldürülməsinə İrandan çox Rusiya reaksiya verdi"

 

"İsrailin yeritdiyi siyasət nəinki Yaxın Şərq, bütünlüklə dünya üçün böyük riskləri reallığa çevirib. Heç şübhəsiz ki, İsrail aqressiv, dağıdıcı siyasəti ilə ölkə üçün təhdid hesab etdiyi bütün qüvvələri ancaq hərbi yolla məhv etmək yolundadır. Əvvəllər də qeyd etdiyim kimi, İsrail Fələstin, ərəb məsələsini köklü şəkildə, yəni təhdidin yarana biləcək ehtimalını belə məhv edir. Fələstin müqavimətinin bir hərbi, siyasi qüvvə kimi, sosial bazası qalmayıb. Təkcə son gedən müharibə ilə İsrail Qəzza bölgəsində 45 min fələstilini öldürüb".

 

Bunu Versus.Az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov bildirib.

 

V.Dadaşov qeyd edib ki, bir sıra Qərb, xristian ölkələrinin formal anti İsrail mövqeyi formal xarakterlidir və əslində də "razılığı" gizlətmək məqsədi daşıyır. Yəni, İsrailin Yaxın Şərqdə güc mərkəzi kimi, söz sahibi olmasını region qəbul etmək məcburiyyətindədir:

 

"İrana gəldikdə, İsrail artıq İranın bəyanat və hərbi gedişlərini demək olar ki, heç eşitmir, nəinki onu ciddiyə alsın. İran bütün gücü və imkanlarını ifşa edib. SEPAH zabiti Həsən Səyyad Xudayinin Tehranda öldürülməsi, Höccətullah Ümidin, Həmasın ikinci şəxsi Salehin, Qasım Süleymaninin, İsmayıl Haniyənin, nəhayət Hizbulla lideri Həsən Nəsrullahın və adını çəkmədiyimiz onlarla yüksək çinli İrana aid şəxslərin öldürülməsinə İran heç cürə cavab verə bilməyib, daha doğrusu heç real cəhd də göstərməyib. İran heç bir halda İsraillə açıq müharibəyə getməyəcək. İsrail ona təhdid hesab etdiyi qüvvələri mərhələli şəkildə və ayrı-ayrılıqda məhv etməyi davamlayacaq".

 

V.Dadaşov bildirib ki, İranın rəsmi Livana ordu yeritmək istəyi ciddi qəbul edilməsə də, Rusiya XİN başçısı Lavrovun yaxın Şərqlə bağlı bu günki açıqlaması vəziyyətin gedişatına təsir edə bilər:

 

"Əlbəttə ki, Rusiya real addımlar atarsa. Ancaq, Rusiya Ukrayna cəbhəsində ciddi çətinliklər ucbatından real hərəkətə keçəcəyi güman edilmir. Proses üçüncü dünya müharibəsinə aparır".

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq