Azərbaycanda 8 nəfərlik ailə 4 ildir çadırda yaşayır -

17:48 13-03-2019 | icon 62 | Sosial
Azərbaycanda 8 nəfərlik ailə 4 ildir çadırda yaşayır -

 

 

Versus.Az Astara rayon Kijəbə qəsəbəsinin Ovala kəndinin sakini, 6 uşaq anası Baxşiyeva Gülbəyim Mirzəhəsən qızının Hürriyyət.org-a ünvanladığı məktubu və aparılan araşdırmanı təqdim edir.

Gülbəyim Baxşıyeva məktubunda bildirib ki, 2015-ci ildə cənub bölgəsinə yağan güclü leysan yağışları nəticəsində yaşadıqları 4 otaqlı həyət evinin divarlarında dərin çatlar əmələ gəlib, müəyyən vaxtdan sonra isə sözügedən ev ümumiyyətlə yaşayış üçün yararsız hala düşüb.

Yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edən ailəyə müvəqqəti olaraq 8 nəfərlik ailənin yaşaması üçün nəzərdə tutulan çadır verilib və vəd edilib ki, ən tez zamanda yaşadıqları evin bərpasına başlanacaq, evi əvvəlki vəziyyətə gətirmək mümükün olmadığı təqdirdə isə ailə üçün yeni ev inşa ediləcək.

Amma günlər, aylar keçsə də, ailə çadırdan köçürülməyib, 2018-ci ilin 23 dekabrında isə güclü küləyə tab gətirməyərək uçan çadır sadəcə yenisi ilə əvəz olunub.

 

Gülbəyim Baxşıyevanın sözlərinə görə, artıq 4 ildir ki, həyat yoldaşı Qiyas Baxşıyev və 4 oğlu ilə birgə qəzalı evlərinin həyətində qurulan çadırda yaşayır, oğullarından biri evlidir, iki övladı var, övladlarından biri əqli inkişafdan geri qalır. Bir müddət xəstəliyinə görə müavinət alsa da, hansısa səbəbdən müavinəti kəsilib, çox çalışsalar da, bərpa edə bilməyiblər.

Yayda istidən, qışda soyuqdan əziyyət çəkirlər....

Çoxuşaqlı ananın “Hürriyyət”ə ünvanladığı məktubundan bəlli olur ki, o və həyat yoldaşı o qədər də yaşlı olmasalar da, hər ikisi əlillyə görə pensiya alır, ailədə heç kəs işləmir, bütün ailə üzvləri gözünü onların pensiyasına dikib. Bir sözlə, ailənin maddi durumu çox ağırdır.

Çadırda yaşayış üçün demək olar ki, heç bir şərait yoxdur. Yayda istidən, qışda soyuqdan əziyyət çəkirlər, nəmişlik bütün ailə üzvlərinin əhədini kəsib. İşıq olsa da, qaz yoxdur, meşədən odun yığıb birtəhər keçinirlər. Çadırdan kənarda, salafandan özlərinə hamam və ayaqyolu düzəldiblər. Yay-qış hətyətdə çimməli oluruqlarından tez-tez xəstələnirlər.

Aidiyyatı qurumlara yüzlərlə məktub yazıblar, amma onları eşidən, haraylarına yetən olmayıb

Şikayətçi onu da bildirir ki, qonşu kəndlərdə onlarla eyni vaxtda çadırlara köçürülən ailələrin hamısının evləri bərpa olunub Bircə onların evi bu günədək qəzalı vəziyyətdə qalır.

2015-ci ildən döymədikləri qapı qaqlmayıb, aidiyyatı qurumlara yüzlərlə məktub yazıblar, amma onları eşidən, haraylarına yetən olmayıb.

Şikayətçi “Hürriyyət”ə yolladığı məktubda onu da vurğulayır ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına dəfələrlə müraciət edilsə də, bir nəticə olmayıb.

Gülbəyim Baxşıyeva Astaranın millət vəkili Rəşad Mahmudovdan da kömək istədiklərini, dəfələrlə onunla görüşdüklərini, amma deputatın sözügedən problemin həllinin onun səlahiyyətlərində olmadığını, sadəcə aidiyyati qurumlardan ailəyə yardımçı olmağı xahiş edəcəyini söyləməklə kifayətləndiyini bildirir.

Ovala kənd sakini Gülbəyim Baxşıyeva kömək üçün müraciət etdikləri dövlət qurumlarının cavab məktublarını da redaksiyamıza yollayıb. Sizi həmin məktubların məzmunu ilə tanış etmək istəyirik.

“...məsələ ilə bağlı araşdırma aparılması və müvafiq tədbir görülməsi səlahiyyətlərimiz xaricindədir”

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən ailəyə bildirilib ki:

“Yaşayış evinizin 2012-ci ildə baş vermiş yeraltı təkanlar nəticəsində qəzalı vəziyyətə düşməsi və bununla bağlı evinizə baxış keçirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xətt xidmətinə daxil olmuş telefon məlumatınıza Nazirliyin Cənub Regional Mərkəzində baxılmışdır. Bildiririk ki, Astara rayonu ərazisində 2012-ci il tarixində baş vermiş yeraltı təkanların fəlakət törədə biləcək həddə olması barədə aidiyyati dövlət qurumları tərəfindən FHN-nin Cənub Regional Mərkəzinə heç bir məlumat daxil olmamışdır. Bu səbəbdən məsələ ilə bağlı araşdırma aparılması və müvafiq tədbir görülməsi səlahiyyətlərimiz xaricindədir.

Xahiş edirik, nəzərə alasınız”.

“...sizə köməklik göstərmək imkan xaricindədir”

Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyətindən Qiyas Baxşıyevin müraciətinə göndərilən cavabda isə deyilir:

“Sizin rayon icra hakimiyyətinə ünvanladığınız ərizə B-18-074 nömrəsi ilə qeydiyyata alınmışdır. Ərizənizdə fərdi yaşayış evinizin təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdüyünü bildirmiş, bununla əlaqədar kömək göstərilməsini xahiş etmişsiniz.

Məlumat üçün bildiririk ki, fərdi yaşayış evinizdə yaranmış ciddi qüsurlarla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Cənub Regional mərkəzinin nümayəndələri tərəfindən sığınacaq məqsədi ilə çadır qurulmuş və hal-hazırda həmin çadırda yaşayış arayışa əsasən yağan leysan yağışlar nəticəsində evinizdə çatlar artmışdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin verdiyi rəyə əsasən fərdi yaşayış evinizin qeyri-bərabər çökməsi nəticəsində divarlarda şaquli və maili keçici çatlar müşahidə olunmuşdur. Yaşayış evinizin ümumi dayanaqlığı qeyri-qənaətbəxşdir. Divar konstruksiyasında keçici çatların yaranması evinizin qəzalı olmasına uyğundur, lakin təbii fəlakətlə əlaqəsinin olmaması aktda qeyd olunmuşdur.

Vətəndaşların fərdi yaşayış evinin tikintisi üçün rayon icra hakimiyyətinə vəsait ayrılmadığından sizə köməklik göstərmək imkan xaricindədir”.

“Holosen yaşlı çöküntüləri islanaraq dayanıqlığını itirmiş və çökmə-oturma prosesi baş vermişdir... fərdi yaşayış evi həmin prosesin aktiv inkişaf etdiyi sahədə yerləşir ”

Real vəziyyəti əks etdirən yeganə rəy isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilib. Nazirliyin təqdim etdiyi arayışda deyilir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinə Baxşıyev Təbriz Qiyas oğlu tərəfindən daxil olmuş QX/ 09 saylı, 08.01.2016, QX/ 16 saylı, 13.01, 2016, QX/ və QX/ 49 saylı 09.02.2016-cı il tarixli məlumatla əlaqədar olaraq 21. 02. 2016-cı il tarixində Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının mütəxəssisləri Sadiq Natiq oğlu Əmiraslanovvə Temuraz Malik oğlu Ələkbərov tərəfindən Astara RİH-nin Kijəbə kənd İƏD üzrə nümayəndəsi Rəfayil İbrahim oğlu Babayevin iştirakı ilə Ovala kəndi ərazisində vizual mühəndis- geoloji araşdırmalar aparılmışvə aşağıdakılar müəyyən edilmişdir:

Kijəbə İƏD-nə daxil olan Ovala kəndi rayon mərkəzindən 27 km. şimal-qərb istiqamətində, mütləq yüksəkliyi 350-400 metr, mailliyi 25-35 dərəcə olan dağətəyi yamacda ekzogen geoloji proseslrin “orta” inkişaf etdiyi (0.1-0.25) ərazidə yerləşir.

Tektonik cəhətdən Astara sinklinoriumunda yerləşən ərazinin geoloji quruluşunda Paleogen yaşlı Qovundağ lay dəstəsinin süxurları yayılmışdır. Bu süxurlar Holosen yaşlı elüvial-delüvial (edQ4Yhz) çöküntüləri ilə örtülmüşdür.

Paleogen yaşlı Qovundağ lay dəstəsinin süxurları yarğanlarda və dərələrdə açılmışdır. Litoloji tərkibinə mənşəli çöküntülər kənd ərazisi boyunca litoloji tərkibcə az miqdarda ( 10-15 %) çaqıl-çınqıl qarışıqlı sarımtıl-boz və qonurumtul-boz gillicə və qumlucalardan ibarət olub, qalınlığı 4,0-4,5 m-dir.

2015-ci ilin okyabr-noyabr aylarında cənub bölgəsinə düşən güclü leysan yağışlarının təsiri nəticəsində 25-30 dərəcə maili yamacda, 38 dərəcə 33”33” 48 dərəcə 42”49” koordinatlarında.

Holosen yaşlı çöküntüləri islanaraq dayanıqlığını itirmiş və çökmə-oturma (çokmə qıflarının dərinliyi 5-6 sm. , əhatə etdiyi sahə 7 vur 5 metr) prosesi baş vermişdir.

Baxşıyev Təbriz Qiyas oğlunas məxsus fərdi yaşayış evi həmin prosesin aktiv inkişaf etdiyi sahədə yerləşir”.

Şikayətçinin sözlərinə görə, Ekologiya Nazirliyindən rəy gələndən sonra da heç kəs gəlib evin vəziyyəti ilə maraqlanmayıb. Problemin həlli yolunda heç bir əməli addım atılmayıb.

Çarəsiz duruma düşən çoxuşaqlı ana öz məktubunda “Hürriyət” vasitəsilə öikə prezidentinə və aidiyyatı qurumlara müraciət edərək onlardan ailəsini çadırda yaşamaq zülmündən xilas etmələrini xahiş edir.

 

 

Versus.Az

Xəbər lenti

"Əsirlikdə qalan Laçınım"

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçməsi ilə əlaqədar keçirilən dəyirmi masa...

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

Bakıda Atatürkü anma, idman və gənclik bayramı münasibətilə tədbir keçirilib

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Qədim sənətin müasir ustası - FOTO/VİDEO

Bu gün Bakıda 28 muzeyi ödənişsiz ziyarət etmək olar

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb

Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə