Cəbrayıla növbəti köç karvanı yola düşdü
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət 40 ailə (123 nəfər) Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Versus.Az xəbər verir ki, Cəbrayıl şəhərinə növbəti köç karvanı Bakı şəhərindən yola salındı.
Bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə (123 nəfər) köçürülür. Onlardan 20 ailə (58 nəfər) Bakı şəhərindən, 11 ailə (37 nəfər) Sumqayıt şəhərindən, 3 ailə (10 nəfər) Abşeron rayonundan, 3 ailə (8 nəfər) Biləsuvar rayonundan, 2 ailə (6 nəfər) Saatlı rayonundan, 1 ailə (4 nəfər) Şəmkir rayonundan olan keçmiş məcburi köçkünlərdir.
Bununla da bugünkü köç də daxil olmaqla ümumilikdə 117 ailənin (364 nəfər) Cəbrayıl şəhərində məskunlaşması təmin edilib.
Xatırladaq ki, Cəbrayıl şəhərinə sakinlərin ilk qayıdışı bu il sentyabrın 26-da olub.
Xəbər lenti
Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası
"Azərbaycan müharibədən sonra bircə həmlə ilə sübut etdi ki, vasitəçilərsiz də razılaşmaq olar"