Rektor fəaliyyətini DAYANDIRDI
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ali təhsil ocağında fəaliyyətini dayandırıb.
Məlumata görə, o, bu gün İnstitutundakı işinə son verib. Məlumatı Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti saytımıza təsdiq edib.
Qeyd edək ki, Azad Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin deputat seçilib. O, Ali Məclisdə 7 saylı Xanlıqlar seçki dairəsini təmsil edəcək.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin deputatları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.
Qeyd edək ki, Azad Novruzov 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin olunub.
Xəbər lenti
Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur