Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

20:39 30-09-2024 | icon 244 | İdman
Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası açıqlanıb.

 

Bu barədə klubdan məlumat verilib. Bildirilib ki, loqo bir döyüş qalxanı üzərində təsvir olunub. Türk mədəni-tarixi irsində "Qalxan" - gücün, qoruma hissinin, təhlükəsizliyin, hüzurun, səadətin simvoludur.

 

Göy rəng - yuxarıda sonsuz səmanın rəngidir - əbədiyyət, ucalıq və sadiqlik rəmzidir.

Ağ rəng - dürüstlük, ədalət, güvən, hörmət, saflıq kimi simvollaşdırılır.

Sarı rəng - ən mərkəzdə olan Günəşin rəngi və əlaməti - ölkənin və dünyanın mərkəzi kimi mənalandırılır. Suverenliyi, əbədi qüdrəti, işığı təmsil edir.

 

Xankəndi XVIII əsrin axırlarında, o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ Xanlığı başçılarının - Xanların və ailə üzvlərinin istirahəti üçün salınmış şəhərdir. O vaxtlar burada Xan Ailəsi və onun yaxınları yaşadığından, el arasında "Xanın kəndi" kimi məşhur idi. Bir müddət sonra bu şəhər Xankəndi adlandırılır. Loqodakı tac Xanlığı ifadə edir. Xankəndi şəhəri Qarabağın ən dilbər guşələrindən biridir. Xanlar bu səfalı yerlərdə Qarabağın cins atlarını yetişdirirdilər. Loqodakı at Qarabağ atlarını, o cümlədən gücü, məğrurluğu, dözümlülüyü, dostluğu və sədaqəti təmsil edir. Futbol topu Xankəndi şəhərinin futbol klubunu təmsil edir. Buğda sünbülü bolluğu, ruzi və bərəkəti təmsil edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ

İran Azərbaycana hücum edə bilərmi?

Biləcəridə YANĞIN

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Nəsrullah belə öldürüldü

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Cəbrayıla növbəti köç karvanı yola düşdü

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI