"Fələstin və Livandan sonra İsrail gözünü Türkiyə torpaqlarına dikəcək" -deyərkən...

10:49 02-10-2024 | icon 202 | Geopolitika
"Fələstin və Livandan sonra İsrail gözünü Türkiyə torpaqlarına dikəcək" -deyərkən...

 

Türkiyə prezidenti cənab Ərdoğan ölkə parlamentdə "Fələstin və Livandan sonra İsrail gözünü Türkiyə torpaqlarına dikəcək" - deyə çıxış edib. Əksər ekspertlər Ərdoğanın bu açıqlamasını Türkiyə və İsrail arasında hərbi toqquşmanın anonsu kimi dəyərləndirir. Əslində isə Ərdoğanın bu açıqlaması kimə və nəyə verilmiş bir mesajdır?

 

Bu istiqamətdə Versus.az-a şərh verən siyasi analitik Vüqar Dadaşov hesab edir ki, R.T.Ərdoğanın bu açıqlamasının Türkiyənin İsrailə qarşı müharibə aparacağı demək deyil. Onun fikrincə bu açıqlamanın başqa hədəfi var.

"Əvvəla diqqət etmək lazımdır ki, İsrailin apardığı müharibə İranın bir başa dəstəklədiyi qüvvələrə və İranın mövqeyinin güclü olduğu ərazilərdədir. İsrailin hədəfə aldığı İranın dəstəklədiyi qüvvələr anti türk mövqeyi və düşmənçiliyi ilə seçilir. İranın özü, Fələstin, Həmas, Hizbulla və sair İranın potranajında olan qüvvələrin anti türk, anti Azərbaycan mövqeyinin sübutu kimi Ermənistan Azərbaycan münasibətlərinə və keçmiş Qarabağ probleminə olan danılmaz mövqeyini göstərmək bəs edir. İranın Azərbaycana və Türkiyəyə qarşı genetik düşmənçiliyini də inkar etmək mümkün deyil və hansı ki, İranın Vatikan, Fransa, Böyük Britaniya tərəfindən yaradılması məqsədi də məhz bu idi. Hal-hazırda da Böyük Britaniya Türkiyə və Azərbaycan münasibətləri, hədəfləri İrana ayrılan rola ehtiyac qoymur.

İsrailin Həmasa qarşı başladığı və eləcə də digər ərazi və qüvvələrə qarşı davam etdirdiyi müharibə prosesi, əməliyyatları İranın əsl hərbi gücünü ortaya çıxardı, çarəsuzliyini, gücsüzlüyünü ifşa etdi. İran öz prezidentinin təhlükəsizliyini təmin edə bilmir, paytaxtını zərbələrdən qoruya bilmir. İsrail baş naziri Netanyahunun İran xalqına müraciəti məhz İsrailin daha da irəli gedəcəyi və İrana qarşı hətta quru əməliyyaların mümkünlüyünü göstərir. Ötən gecə İranın İsrailə atdığı raketlər də İsrailə demək olar ki, zərər yetirə bilməyib.

İranın indiki hakimiyətinin, dövlət idealogiyasının anti Türkiyə, anti Azərbaycan düşmənçiliyi fonunda İsrailin keçirdiyi əməliyyatları regionun strateji maraqlarına uyğundur".

V.Dadaşov bu kontekstdə hesab edir ki, Türkiyə prezidenti cənab Ərdoğanın
"Fələstin və Livandan sonra İsrail gözünü Türkiyə torpaqlarına dikəcək" açıqlaması əslində İsrailin hərbi gücünün etirafı və məqsədinə çatacağı kimi göstərməsi, ona qarşı vuruşan İran və İrana aid qüvvələrin döyüş ruhuna böyük zərbədir.

O ki, qaldı İsrailin Türkiyə qarşı müharibə ehtimalına, ekspert qeyd edib ki, birincisi İsrail hərbi və iqtisadi güc baxımından Türkiyə qarşı müharibə aparmaq iqtidarında deyil. İkincisi, Ərdoğan hakimiyətinin ilk dövründən bu günə kimi israillə Türkiyə arasında müəyyən gizli razılaşmaların mövcudluğu hiss olunur.

Ləman

versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq