Zaxarovadan Simonyana cavab

08:58 03-10-2024 | icon 275 | Siyasət
Zaxarovadan Simonyana cavab

“32 il əvvəl sənəd imzaladıq...”

 

İran-İsrail gərginliyi Azərbaycanda quru sərhədlərin bağlı qalması məsələsini növbəti dəfə gündəmə gətirib. Bildirilir ki, Azərbaycan dövlətində xüsusi məlumatlar olduğu üçün sərhədlər hələ də açılmır. Buna regionda gedən müharibələr səbəbindən köç ehtimalı və təhlükəsizlik məsələsi daxildir.

 

İsraillə gərginlik fonunda İrandan kütləvi köç olarsa, bunun qarşısını almaq mümkün olacaqmı?

 

Politoloq Qabil Hüseynli deyib ki, sərhədlərin bağlı qalmasının bir səbəbinin dövlət təhlükəsizliyi ilə bağlı olduğu sirr deyil:

 

“44 günlük müharibə lokal antiterror tədbirləri zamanı bu məsələdə daha aktual idi. İndi aktiv müharibədə olmasaq da, ölkəmizə qarşı təhdidlər, terror, təxribat riskləri qalır. Buna görə lazımi tədbirlər, qabaqlayıcı addımlar atılır. Hər zaman dediyim kimi, Bakının mərkəzində terror aktı görməkdənsə, sərhədləri bağlı görmək daha yaxşıdır”.

 

Qabil Hüseynli

 

Politoloq deyib ki, İran-İsrail gərginliyi fonunda Azərbaycana köçün olması real deyil:

 

“İran-İsrail gərginliyi zamanı belə təəssürat yaranır ki, cənubdan Azərbaycana köç olacaq. Başa düşmək lazımdır ki, İran və İsrail klassik müharibə aparmır, iki ölkənin quru əlaqəsi yoxdur. Yəni total savaşlar baş tutmur. Belə olan halda köç riski də yoxdur. Daha çox hərbi obyektlərə zərbə vurulur. Yəni İsrail Təbrizi, Ərdəbili, Marağanı bombalamayacaq. Ona görə də köçdən danışmaq əbəsdir. Lakin bu baş versə, təbii ki, bizim üçün ciddi riskdir. İrandan gələcək insan axını bizə Birinci Qarabağ müharibəsi zamanı üzləşdiyimiz çətinlikləri yaşada bilər. Özü də bu dəfə daha ciddi riskli bir təhlükə olacaq. Bu qədər insana baxmaq, onları ölkədə saxlamaq çox çətindir. Ümid edirəm, belə bir müharibə başlamayacaq”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB