“Bu, Rusiyanın öz daxili işidir”

16:48 03-10-2024 | icon 476 | Geopolitika
“Bu, Rusiyanın öz daxili işidir”

Vüqar Dadaşov: "Miqrantlardan imtinanın Rusiya iqtisadiyyatına təsiri olmayacaq"

 

"Rusiya Daxili İşlər Nazirliyinin yaydığı son məlumata əsasən Rusiya üç il ərzində 14 min əcnəbiyə miqrant statusu verməkdən imtina edib. Hələ bir neçə il bundan əvvəl Rusiya miqrantların ölkəyə qəbulu ilə bağlı şərtləri sərtləşdirib. Həmin şərtlərə rus dili bilgisi, tarixi, peşə bacarığı əsas tələblərlə bağlıdir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Hüquqşünas Vüqar Dadaşov bildirib.

 

V.Dadaşov qeyd edib ki, əslində Rusiya miqrantların ölkəyə daxilinə keçmiş Sovet respublikalarından olan vətəndaşlara həmişə üstünlük verib. Onun sözlərinə görə, Rusiyanın miqrantlara bağlı sərt qərarları bir mənalı olaraq milli təhlükəsizliklə bağlıdır:

 

"Moskvada son terror aktında Orta Asiya vətəndaşlarının təşkilatçılığı Rusiyanı qəti addım atmağa məcbur edib. Hətta Tacikistan miqrantların qarşı Rusiyanın davranışlarına görə rəsmi nota da vermişdi. Hal-hazırda Rusiyanın Ukraynada apardığı mübaribə ilə əlaqədar həm işçi və həm də orduya miqrantlara ehtiyac olduğu halda 14 min miqrantın qeydiyyatına imtina etməsi təbii ki, ancaq təhlükəsizlik məsələsi ilə bağlı ola bilər. Digər vacib məsələ də odur ki, imtina olunan miqrantların içində Çindən və Orta Asiyadan olan çoxluq təşkil edir. Heç şübhəsiz ki, Rusiyanın öz təhlükəsizliyini təmin etmək məqsədi ilə ölkə daxili qanunlara istinadən sərt qərarlar qəbul etməsi onun suveren hüquqlarıdır”.


V.Dadaşov hesab edir ki, miqrantlardan imtinanın Rusiya iqtisadiyyatına təsiri olmayacaq:

 

"Çünki həmin miqrantların yerini digər keçmiş sovet respublikaları vətəndaşları və eləcə də Abxaziya və Cənubi Osetiya vətəndaşları doldura bilər. Məsələyə siyasi aspekdən yanaşanda isə ekspert bunun Rusiyaya qarşı heç bir halda irad, yaxud təzyiq yaradacağını istisna edib. Çünki bu Rusiyanın öz daxili işidir".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB