Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

10:08 05-10-2024 | icon 489 | Geopolitika
Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

Bəhruz Quliyev: "Azərbaycan müharibədən sonra bircə həmlə ilə sübut etdi ki, vasitəçilərsiz də razılaşmaq olar"

 

“Vaşinqton bu davranışı ilə həm münaqişə tərəflərinə, həm də keçmiş vasitəçilərə demək istəyir ki, məsələnin mənsiz həlli yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında "SƏS" Media Qrupunun rəhbəri, siyasi analitik Bəhruz Quliyev bildirib.

 

B.Quliyev qeyd edib ki, ABŞ-ın yenidən vasitəçilik missiyasına əl atması bizim xeyirimizə deyil. Onun sözlərinə görə, vasitəçilik edənlər yenə də Ermənistana dəstək verir, onu silahlandırır, maliyyə yardımları edirlər:

 

“Azərbaycan vasitəçiliyin əlehinə deyil. Amma nəticəsiz görüşlərin, danışıqların aparılması ilə də razılaşa bilməz. Eyni zamanda ortada səmimi, beynəlxalq sənədlərə söykənən addımlar atılmadıqca hansı dövlətin vasitəçi olmasının bir əhəmiyyəti yoxdur. Ermənistan-Azərbaycan münaqişəsi tarixində ATƏT-in təşəbbüsü ilə yaradılan vasitəçilik institutu lap əvvəldən ölü doğulmuş körpəni xatırladıb. Azərbaycan tərəfdən baxsaq, guya ATƏT-in həmsədrləri münaqişəni öz imkanları daxilində həll edə bilməyiblər, amma məsələnin bir az da dərininə varsaq, görərik ki, əslində ABŞ, Fransa və Rusiyanın həmsədrliyi iki döyüşən tərəfi barışdırmaqdan, işğalçıya beynəlxalq hüququ başa salmaq, işğala son qoymasını tələb etmək əvəzinə Azərbaycanı öz torpaqlarından imtina etməsinə razı salmağa çalışıblar. Paralel olaraq danışıqlarda sülhpərvər görüntü yaratmağa çalışırlar. Guya ABŞ, yaxud Fransa olmasa sülh olmaz, Qərbin “məsləhəti” olmasa “donuz darıdan çıxmaz”. Halbuki, Azərbaycan müharibədən sonra bircə həmlə ilə sübut etdi ki, vasitəçilərsiz də danışıqlar aparmaq və razılaşmaq olar. Azərbaycan Ermənistanla birbaşa danışıqlar apararaq əsirlərin dəyişdirilməsinə nail oldu, ardınca delimitasiya və demarkasiya birgə komissiyası yaradıldı, nəticələri də uğurludur. Bundan başqa, Qazağın 3 kəndinin geri qaytarılması da vasitəçilərsiz baş tutdu. Deməli, münaqişənin uzanmasında kənar qüvvələrin “xidmətləri” danılmazdır”.

 

B.Quliyev qeyd edib ki, bu gün estafeti ələ alan ABŞ, tərəfləri bir masaya gətirmək, danışıqlar aparmaq istəyir. Vaşinqtonda BMT Baş Assambleyasının 79-cu illik toplantısı çərçivəsində Ermənistan və Azərbaycan XİN başçılarının görüşünü təşkil etmək ABŞ-ın çoxdankı arzusu idi. O, bildirib ki, Vaşinqton bu davranışı ilə həm münaqişə tərəflərinə, həm də keçmiş vasitəçilərə demək istəyir ki, məsələnin mənsiz həlli yoxdur:

 

“Ağ Ev sülh danışıqlarında məhsuldar vasitəçilik etməklə həm də Rusiyaya yerini göstərməyə, bir az da uzağa gedib Moskvanın bölgədə artıq missiyasının bitdiyini, dolayısı ilə Cənubi Qafqazdan getmənin vaxtı çatdığını demək istəyir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB