Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

12:04 07-10-2024 | icon 339 | Sosial
Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Paytaxtın Yasamal rayonu MİDA yaşayış kompleksindən metronun "Nəriman Nərimanov" stansiyasına doğru hərəkət edən doqquz nömrəli marşrut avtobusundan şikayət var.

 

Sərnişinlər bildirirlər ki, marşrut üzrə işləyən avtobusların sayı olduqca azdır və bu səbəbdən bəzən yarım saatdan çox gözləməli olurlar.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, hazırda 9 nömrəli marşrut xətti üzrə 10 avtobus sərnişindaşımaya cəlb edilib:

 

"Avtobuslar arasında interval isə 15-20 dəqiqə təşkil edir. İntervalın böyük olması yollardakı şəraitlə bağlıdır. Xüsusən günün pik saatlarında müşahidə edilən sıxlıq və tıxac halları da intervala mənfi təsir göstərir".

 

T.Orucov vurğulayıb ki, sərnişin tələbatı nəzərə alınaraq, daşıyıcıya xəttə əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi ilə bağlı tapşırıq verilib. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

129 nömrəli məktəbdə  maarifləndirici tədbir

Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD

Neftçalada ev sahibi ilə birgə YANDI

Azərbaycanda İLK

Rəqəmsal məlumat platforması İSTİFADƏDƏ

Bu universitetə rektor TƏYİN EDİLDİ

Ödəmə terminalından oğurluq etmək İSTƏDİ

Əyriboyunluq xəstələri həkimə daha gec fazada gətiriləndə müalicə gecikir

Qarabag müharibəsi əlili haqqını tələb etdi və...

Məhşur restoranda kütləvi DAVA

Samir Bağırovun içinə şeytan girirmiş