Yeni işə qəbul edilən bəzi rəhbər şəxslər təlimlərdə iştirak edəcəklər

09:45 14-03-2019 | icon 48 | Təhsil
Yeni işə qəbul edilən bəzi rəhbər şəxslər təlimlərdə iştirak edəcəklər

Azərbaycanda peşə təhsili sisteminə yeni işə qəbul edilən pedaqoji təhsili olmayan rəhbər şəxslər Təhsil Nazirliyinin müəyyən etdiyi qurumlar tərəfindən keçirilən təlimlərdə iştirak edəcəklər.

 

Versus.Az xəbər verir ki, Nazirlər Kabineti “Peşə təhsilinin dövlət standartları”nı müəyyən edib.

Standartlarla müəyyən edilib ki, peşə təhsili üzrə dövlət standartları 5 ildən bir yenilənir. Peşə təhsilinin məzmunu qanunvericilikdə qeyd edilmiş ümumi tələbləri ödəməklə yanaşı, “ömürboyu təhsil” prinsipinə əsasən təhsilalanların bir sıra modullar vasitəsilə əsas səriştələrə malik olmalarını təmin edir. Bu səriştələr ana dili ilə yanaşı, xarici dildə ünsiyyət, peşəkar şifahi və yazılı ünsiyyət qurmaq, informasiya texnologiyaları üzrə məlumatları əldə etmək, qiymətləndirmək və idarə etmək, sahibkarlıq ideyalarını və imkanlarını müəyyən etmək, biznes plan hazırlamaq, karyera məqsədlərini müəyyən etmək və müasir işaxtarma və müraciət üsullarından istifadə etmək və s.-dir.

 

Peşə liseylərində və peşə təhsil mərkəzlərində ümumi orta təhsil bazasından qəbul olunanlara qanunvericiliyin tələblərinə uyğun olaraq tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil fənləri tədris edilir.

Peşə təhsili müəssisələrində tədris ili iki yarımildən ibarətdir. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və nümunəvi tədris planına müvafiq olaraq yekunlaşır. Dərs ili ərzində qış tətili 8 gündür. İxtisasdan asılı olaraq modulların tədrisi yay aylarında da keçirilə bilər. Dövlət peşə təhsili müəssisələrinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

 

Tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

 

Peşə təhsili müəssisəsi ona verilmiş əmlakdan yalnız Nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edə bilər. Müəssisənin əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsi qadağandır.

Peşə təhsili müəssisəsində təhsilverənlərin attestasiyası (sertifikatlaşdırılması) “Peşə təhsili haqqında” qanununa müvafiq olaraq həyata keçirilir.

Peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi peşə təhsili müəssisələrində mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının qiymətləndirilməsi
əsasında həyata keçirilir.

 

Peşə təhsili sisteminə yeni işə qəbul edilən pedaqoji təhsili olmayan rəhbərin və mühəndis-pedaqoji işçilərin pedaqogikaya və psixologiyaya dair biliklərə, həmçinin fənlərin tədrisi metodikası üzrə bacarıqlara malik olmalarını təmin edən təhsil proqramları (kurikulumlar) üzrə Təhsil Nazirliyinin müəyyən etdiyi qurumlar tərəfindən keçirilən təlimlərdə 3 ay müddətində iştirakı təmin edilir.

 

Peşə-ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının peşələrinə uyğun ən geci 2 ildən bir Təhsil Nazirliyinin müəyyən etdiyi müəssisə və təşkilatlarda yeni texnika və texnologiyalar üzrə istehsalat təcrübəsi
keçmələri təmin olunur.

Xəbər lenti

Stalinlə vidalaşarkən 3 min insan ayaq altında qalaraq ölüb 

– Böyük rəhbərə son dəfə qurban gedən kiçik adamlar

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı -

Nikol Paşinyanın çağırışı ilə Ermənistanda vətəndaşlar məhkəmələrin giriş-çıxışını bağlayıb

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib -YENİLƏNİB

Azərbaycan təmsilçisi Çingiz Mustafayevin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməyib

Fizuli Məmmədov jurnalist Fuad Abbasova dəstək verməyə hazırdı

“Paşinyanın cavabı döyüş meydanında verilməlidir”-MÜSAHİBƏ

Qarabağ klanı Paşinyana qarşı əks-inqilab hazırlayır

Oğul 77 yaşlı anasını öldürdü – Nardaranda dəhşət

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Azərbaycanda dəhşətli hadisədə ölən tələbə...

Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

XIN “Hayastan”ın Qarabağda elədiyi layihələrə beynəlxalq aləmdə münasibət bildirilməsini təmin etməlidir...

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

AXH Novxanı qəsəbəsində yürüş edəcək

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə