Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

15:27 09-10-2024 | icon 579 | Təhsil
Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

“Cəbrayıl məktəbində çalışan 23 nəfər pedaqoji heyətin hamısının cəbrayıllı olması sevindirici haldır”. 

 

Versus.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

O bildirib ki, Qarabağda işğaldan əvvəl 993 məktəb fəaliyyət göstərib. İşğal dövründə isə onların biri də yararlı vəziyyətdə deyildi. Bizim Şanlı ordumuz 44 günlük Vətən müharibəsində bu torpaqları azad etdi. Bu günləri onlara borcluyuq. 44 günlük müharibədə iştirak edənlər arasında 760 təhsil işçisi var idi. Müharibə dövründə 10 şagirdimiz şəhid olub:

 

"İstənilən ölkənin inkişafı onun təhsilli gənclərindən asılıdır. Ölkəmiz təhsilin inkişafına çox önəm verir. Bunun bariz nümunəsi Qarabağa tədrisin, təhsilin qayıtmasıdır. Cəbrayılda belə bir məktəbin açılışı həm tarixi, həm də ictimai-siyasi hadisədir".

 

Nazir müavini əlavə edib ki, məktəbin böyük bir tarixi var. İki ildən sonra 150 illiyi tamam olacaq Cəbrayıl şəhər tam orta məktəbin akademik Mehdi Mehdizadənin adını daşıması da təsadüfi deyil:

 

"Bu onu göstərir ki, məktəbin xüsusi statusu var. Mehdi Mehdizadə təhsilşünaslıq elmi üzrə ilk akademikimizdir".

 

O əlavə edib ki, burada fəaliyyət göstərən 23 nəfər pedaqoji heyətin hamısının cəbrayıllı olması sevindirici haldır.

 

"Biz əminik ki, iki il sonra məktəbin 150 illiyi keçiriləndə burada minə yaxın şagird təhsil olacaq və onlar ölkəmizin gələcək inkişafında fəal iştirak edəcəklər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB