"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"
Qərb qüvvələrinin iqlim dəyişikliyi də daxil olmaqla müxtəlif məsələlərdə Azərbaycana təzyiq göstərmək cəhdləri faydasız və misli görünməmişdir.
Versus.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Baku TV”nin sualını cavablandırarkən deyib.
"Azərbaycana təzyiq göstərmək faydasızdır. Azərbaycana dəfələrlə müxtəlif məsələlərdə təzyiq göstərilib. Məsələ təkcə suveren dövlətlərə təzyiq göstərilməsinin yolverilməzliyi ilə bağlı prinsipial mövqedən getmir, həm də bu mövzu (iqlim dəyişikliyi) mütəxəssislərin real cəlb olunmasını tələb edir. Bu, ABŞ-nin özünə sərfəli qərarı qəbul etdirmək üçün hamının başına vuracağı növbəti siyasi "dəyənək" olmamalıdır. Belə atışmalar populyar iqlim mövzusu ətrafında süni ajiotaj yaratmaq üçün istifadə olunur. Əslində isə ABŞ və digər Qərb ölkələri iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılmasını, eləcə də beynəlxalq karbon vahidləri bazarının yaradılması məsələsində konsensusa nail olunmasını faktiki olaraq sabotaj edirlər", - o bildirib.
M.Zaxarovanın sözlərinə görə, ABŞ-nin bu cür taktikası COP iqlim konfransından əvvəl ildən-ilə təkrarlanan klassik üsuldur.
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...