Yatağınızdakı matraslar TƏHLÜKƏLİDİR

09:15 10-10-2024 | icon 525 | Maraqlı
Yatağınızdakı matraslar TƏHLÜKƏLİDİR

Son zamanlar yun döşəkləri sıxışdırıb çıxaran matraslar sağlamlıq üçün təhlükəlidir.

 
 
Matraslarda kifin yığılması səbəbindən allergik insanlar, astma bronxiti olanlar üçün zərərlidir.
 
 
Biotexnologiya üzrə alim Mariya Zolotareva yataq otağı əşyalarında, yorğan döşəkdə yaranan kifin xəstəliklərə səbəb olmasından danışıb.
 
 
“Son zamanlar trenddə olan matrasların materialı və istifadə şərtlərindən asılı olaraq daha çox kif yaranır. Matraslar digər döşəklər kimi vaxtaşırı günə çıxarılmır, çırpılmır, yuyulmur, ona görə orda daha çox nəm və istilik olur. Xüsusən qışda termoistilik verən matraslarda kif göbələyi daha çox yayılır.
 
Yataq otaqlarına gün və hava çox düşmədiyi üçün insan təri ilə nəm qarışır. Hətta təmiz pambıq, ipək belə mikroorqanizmlər üçün əlverilşli mühitdir. Bu zaman yataqda, döşək künclərində, hətta divarda, mebel və xalçada da kif göbələkləri artıb çoxalır.
 
Kifdən qorunmaq üçün otaqda rütubət və temperatur normasına riayət etməli, matrasları quru saxlamaq lazımdır.
 
 
Matrasları müntəzəm havaya çıxarmalı, nəmdən qoruyan xüsusi çexollar taxmalı, antimikrob materialdan döşəklər almaq lazımdır”. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB