Laçınla bağlı proqram HAZIRLANACAQ

15:01 11-10-2024 | icon 652 | Qarabağ
Laçınla bağlı proqram HAZIRLANACAQ

"Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi bizim üçün çox şərəfli və məsuliyyətli işdir".

 

Bu sözləri açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

 

 

O bildirib ki, sentyabrın 17-də Rusiyanın Ufa şəhərində Dövlətlərarası Humanitar Əməkdaşlıq üzrə Fondun 17-ci forumunda Laçın şəhəri MDB-nin 2025-ci il paytaxtı elan edilib:

 

"Orada Laçın şəhəri haqqında təqdimat oldu. Laçın şəhərinin əsrarəngiz gözəlliyi forum iştirakçılarını valeh etdi. Həmçinin, Laçında istehsal olunan məhsulların sərgisi təşkil edildi. Sərgidə əslən laçınlı olan Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın müəllifi olduğu xalçaları və "Gilabi Ceramics" yaradıcılıq mərkəzinin məhsullarını nümayiş etdirdik. Oktyabrın 8-də MDB Dövlət Başçılarının Şurasının iclasında bu qərar təsdiq edildi. Laçının MDB-nin mədəniyyət paytaxtı ili çərçivəsində Mədəniyyət Nazirliyi ilə birlikdə fəaliyyət tədbirlər proqramı hazırlanacaq. Həmçinin, müxtəlif mədəni tədbirlər, konsertlər, sərgilər, festivallar və master-klaslar təşkil olunacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

“Zəfərimiz daimi olsun”

Krediti olanlara ŞAD XƏBƏR

Xankəndi və Füzuliyə onlayn sifarişlərin çatdırılmasına BAŞLANILIB

“Uzaq Yaşıl Ada” TEZLİKLƏ EKRANLARDA

Yaddaşlarda şanlı gün kimi qalacaq MÖHTƏŞƏM GÜN

Növbəti köç karvanı Cəbrayıla yola düşdü

Bu gün Milli Televiziya və Radio Günüdür

Qohum evliliyi ilə bağlı sənəd HAZIRLANIR

Dünyanın ən güclü 15 pasportu - SİYAHI

Seçkidə bəy-gəlin qalmaqalı