Aliment üçün nikaha xitam verilməsi mütləq deyil
“İstər birgə nikah zamanı, istərsə də nikahdan sonra uşaqların maddi-mənəvi təminatı yüksək səviyyədə ödənilməlidir".
Bunu hüquqşünas Aydan Rəhimli bildirib. O qeyd edib ki, aliment valideynlərin uşaqları üçün təmin etməli olduqları qayğı və maliyyə məsuliyyətini əks etdirir.
"Aliment məhkəmə qaydasında tutulur, alimentin müəyyən olunması üçün nikaha xitam verilməsi mütləq deyil. Belə ki, tərəflər nikah müddətində olduğu zaman da aliment məhkəmə qaydasında və ya iki tərəf arasında bağlanmış saziş vasitəsi ilə tutula bilər", - hüquqşünas İTV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, nikaha xitam verildikdən sonra alimentin qaydaları da dəyişir:
"Azyaşlı uşaq bir qayda olaraq anaya verilir və bu halda ata tərəfində aliment məhkəmə qaydası ilə təyin olunur.
Aliment sadəcə ata tərəfindən verilmir. Övlad hansı valideynlə qalırsa, digər valideyn həmin uşaqla bağlı aliment ödəməlidir. Aliment ödəyəcək valideynin gəlirinin bir uşaqla bağlı xərclərin 14 hissəsi miqdarında, iki uşaqla bağlı 13 hissəsi miqdarında, üç və daha çox uşaqla bağlı gəlirlərin yarısı miqdarında müəyyən olunur, həmin paylar məhkəmə qaydasında tərəflərin maddi təminatını və digər diqqətə layiq halları nəzərə almaqla artırılıb-azaldıla bilər” - deyə hüquqşünas Aydan Rəhimli vurğulayıb.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”