Kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku 

12:48 14-03-2019 | icon 60 | İdman
Kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku 

 

Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Bakıda keçirilən kişi və qadın idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimində çıxışı zamanı deyib.

Y.Məmmədəliyev turnirdə 41 ölkəni təmsil edən idmançıları və qonaqları salamlayıb:

"İdmançılarının beynəlxalq yarışlarda göstərdiyi yüksək nəticələrlə fəxr edən ölkəmiz indi həm də belə yarışların mütəmadi təşkil edildiyi məkana çevrilib. Son bir neçə il ərzində Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran Prisi və sair yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın idman sahəsindəki uğurlarının müəllifi, ilk növbədə, Prezident İlham Əliyevdir. Məhz cənab prezidentin misilsiz fəaliyyəti nəticəsində indi respublikamızın bütün bölgələrində fəaliyyət göstərən Olimpiya mərkəzlərində, idman məktəblərində, idman klublarında ölkəmizin gənc vətəndaşlarının idmanla məşğul olması və öz göstəricilərini yüksəltməsi üçün bütün şərait yaradılıb. Bizim üçün çox sevindirici haldır ki, bir vaxtlar ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika bu gün respublikamızda özünün inkişaf dövrünü yaşayır, kişi və qadın idmançılarımız ölkəmizi gimnastikanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda uğurla təmsil edirlər".

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına göstərdiyi daimi diqqət və qayğı nəticəsində yeniyetmələr və gənclər arasında gimnastikanın populyarlığı getdikcə artır və idmanın bu növü ilə məşğul olanların sayı ildən-ilə çoxalır: "Azərbaycan Gimnastika Federasiyasının 2017 və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reytinq siyahısında birinci sırada yer tutması məhz bu diqqətin təzahürü, ölkəmizdə gimnastikanın inkişafı istiqamətində aparılan fəaliyyətin səmərəliliyinin göstəricisidir".

O əlavə edib ki, il ərzində təşkil edilən Avropa və dünya miqyaslı yarışların sayına və təşkilinin keyfiyyətinə, yarışların keçirildiyi məkanların texniki göstəricilərinə görə Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər: "Yalnız cari il ərzində gimnastikanın müxtəlif növləri üzrə Bakıda 7 beynəlxalq tədbir təşkil ediləcək. Bu bizim üçün böyük şərəf və dünya idman ictimaiyyətinin yüksək etimadının göstəricisi olmaqla, həm də böyük məsuliyyət deməkdir. Əmin etmək istərdim ki, biz bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik".

Y.Məmmədəliyev qeyd edib ki, bu gün açılış mərasimi keçirilən yarışın fərqli cəhətlərindən biri Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır: "Fürsətdən istifadə edərək bütün gimnastlara hər bir idmançının ən böyük arzusu olan Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmağı arzulayıram.

İdman yarışları bizim üçün həm də bir-birimizi daha yaxşı tanımağa, təmsil etdiyimiz xalqların və ölkələrin milli-mənəvi dəyərləri, mədəniyyəti barədə məlumat almağa, dünyanın nə qədər gözəl və rəngarəng olduğunu bir daha hiss etməyə fürsət yaradır. Əminəm ki, qədim Azərbaycan torpağında keçirdiyiniz bir neçə gün yaddaşınızda silinməz izlər buraxacaq, qazandığınız idman nailiyyətləri dünyada sülh və əmin-amanlığın, xalqlar arasında dostluğun qorunub-saxlanılması və inkişaf etdirilməsi işinə əvəzsiz töhfə olacaq.

Sizə bir daha "xoş gəlmisiniz" deyir, hər birinizə uğurlar arzulayır, kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku yarışlarını açıq elan edirəm".

 

Versus.Az

Xəbər lenti

V qrup üzrə tələb olunan minimal ballar və qabiliyyət imtahanlarının tarixləri – Aktual sual

V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər

Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu

Leyla Abdullayeva: Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

Azərbaycan və İran sərhədyanı ərazilərdə televiziya və FM radio yayımları tənzimlənəcək

Qəbələdə ər həyat yoldaşının başını kəsib

İran aşağı faizli uran istehsalını 4 dəfə artırdığını bəyan edib

Putindən Zelenskiyə mesaj...

İran XİN Trampa: "Heç vaxt iranlını hədələmə"

Rusiyadakı jurnalistimiz Fuad Abbasovla bağlı şok informasiya

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

AXH üzvləri polisə aparılır

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü

Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

AXH Novxanı qəsəbəsində yürüş edəcək