Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"
"Azərbaycana qarşı olan təzyiqlər xalqı birləşdirir. Müstəqillik birdəfəlik qəbul edilən aksiyadır. Amma onu qorumaq üçün hər gün, hər ay, hər il çalışmaq lazımdır".
Versus.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
O bildirib ki, Azərbaycanın qalib dövlətə çevrilməsi, gücünün artması bölgədə neqativ halların qarşısını alan amilə çevrilib:
"Buna görə də Azərbaycana qarşı təzyiqlər artıb. Bu cür təzyiqlər, təhdidlər, əslində, Azərbaycan cəmiyyətini birləşdirir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan xalqı Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir".
Versus.az
Xəbər lenti
Ermənistanın qanunsuzluqları Məhkəmə tərəfindən ARAŞDIRILACAQ
Azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar...