Gürcüstan-Azərbaycan milli maraqları o zaman daha yaxşı təmin olunacaq ki...
Zəlimxan Məmmədli: "Qərbə, Avropaya “xortdan” qismində yanaşmaq da düzgün deyil"
“Gürcüstanda keçirilən parlament seçkiləri Qərblə Rusiyanın region üzərində mübarizəsinin təzahürüdür”.
Versus.Az xəbər verir ki, bunu siyasi analitik Zəlimxan Məmmədli Gürcüstanda keçirilən seçkilərin nəticələrinin regiona təsirləri ilə bağlı açıqlamasında bildirib.
Z.Məmmədli hesab edir ki, seçkilər gürcü xalqının maraqlarını ifadə edərsə, Azərbaycanla strateji müttəfiqlik istiqamətində ənənəvi münasibətlərimiz davam edəcək:
“Azərbaycanla Gürcüstan Cənubi Qafqaz üçün önəmli dövlətlərdir. Eyni zamanda hesab edirəm ki, Cənubi Qafqaz dövlətləri eyni siyasi arientasiyaya malik olmalıdırlar. Yəni üç ölkə fərqli düşərgələrdə olarsa, bura hər zaman konfliktli bölgə olaraq qalacaq. Bu, regionun maraqlarına uyğun deyil. Gürcüsatn Azərbaycanla strateji müttəfiqdir, birgə mühüm layihələrdə iştirak edirlər. Ermənistanın isə sual altında olan Qərbə inteqrasiyası var. İstər-istəməz region dövləti olan Ermənistanın fərqli istiqamətlərə yan alması bölgədə gərginliyin yaranmasına aparır”.
Z.Məmmədli hesab edir ki, ümumən Vahid Qafqaz evi, Qafqaz dövlətlərinin vahid təhlükəszilik konsepsiyası və digər sahələri əhatə edən münasibətlər sistemi strateji hədəflərimizdən biri olmalıdır. Demokratiyanı alternativsiz tərəqqi yolu hesab edən ekspert, bütün hallarda Rusiyanın olduğu məkanı bataqlıq adlandırıb. Onun fikrincə, bu ölkə ilə münasibətlərin dərinləşməsi Azərbaycanın milli maraqlarına təhdid yarada bilər.
Z.Məmmədli Türkiyənin olduğu məkanın Azərbaycan üçün daha münbit olduğunu qeyd edib:
“Türkiyə məkanı Avropaya və Avroatlantik məkana inteqrasiyadır. Türkiyənin olduğu siyasi seçim Azərbaycanla eyni olacağı təqdirdə bölgədə Gürcüstanla Azərbaycanın milli maraqları daha yaxşı təmin olunacaq”.
Gürcüstanın Avropa Birliyinə yaxınlığının götürülən öhtəliklərdən doğan münasibət olduğunu qeyd edən ekspert, hesab edir ki, öhtəliklər varsa, onu soruşmaq həmin institutların haqıdır. Onun fikrincə, Qərbə, Avropaya “xortdan” qismində yanaşmaq da düzgün deyil.
O ki, qaldı Gürcüstanda yaşayan azərbaycanlılara və Azərbaycanda yaşayan gürcülərə sərgilənən münasibətə, Z.Məmmədli bunun toplumların özlərini siyasi müstəvidə necə göstərə bilməsindən asılı olduğunu deyib:
“Harada yaşamalarından asılı olmayaraq toplum siyasiləşməli və o ölkənin ictimai həyatının aparıcı qüvvələri olmalıdırlar. Əgər bu olmayacaqsa, sürünəcəklər. Bu, Gürcüstanda yaşayan azərbaycanlılara da aiddir. Azərbaycanlılar özlərini təsdiq etmələri üçün yaşadıqları məmləkətin hüququ sistemində layiqli yer tutmalıdır”.
LƏMAN
versus.az
Xəbər lenti
Ermənistanın qanunsuzluqları Məhkəmə tərəfindən ARAŞDIRILACAQ
Azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar...