Spirtli içkilərlə bağlı YENİLİK
Qiymətlərdə hansı dəyişikliklər gözlənilir?
Yaxın zamanlarda ölkədə alkoqollu içkilərə minimum satış qiymətinin tətbiqi gözlənilir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna nəzərdə tutulan dəyişikliklərə görə, spirtli içkilərin müəyyən olunan qiymətdən aşağı satılması qadağan ediləcək.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əsas məqsəd alkoqollu içkilər bazarında qeyri-qanuni olaraq bazara çıxarılan və insan sağlamlığı üçün ziyanlı olan məhsulların satışının qadağan olunmasına nail olmaqdır.
Millət vəkilinin sözlərinə görə, minimum qiymət yalnız arağa tətbiq ediləcək.
Hazırda isə arağın qiyməti 3 manat 30 qəpikdən başlayır.
Ətraflı Baku TV-nin süjetində:
Xəbər lenti
Ermənistanın qanunsuzluqları Məhkəmə tərəfindən ARAŞDIRILACAQ
Azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar...