Alkaqollu içkilərin qiyməti qalxacaqsa...

08:36 25-10-2024 | icon 272 | İqtisadiyyat
Alkaqollu içkilərin qiyməti qalxacaqsa...

Vüqar Bayramov: “Yeni qaydalar həmin məhsullara təsir göstərməmlidir…”

 

hansı təsirləri Məlum olduğu kimi, Milli Məclisdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı alkoqollu içkilərin minimum qiymətinin müəyyən olunmasının yalnız arağa şamil ediləcəyi təklif olunub. Bunun Spirtli icki bazarinda müəyyən dəyişikliyə səbəb olacağı istisna edilmir. Ümumən, bu istiqamətdə istehsalçiların hansısa risklərlə üzləşəcəyi, yaxud spirtli içkinin qəbulu ilə baglı əhali arasında azalmanın müşahidə edilib-edilməyəcəyi, dəyişikliyin əsas hədəfləri birmənalı qarşılanmır.

 

Versus.Az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov açıqlamasında qanunda nəzərdə tutulan yeni qaydaların tətbiqində məqsədin alkaqollu içkilər bazarında qeyri-leqal olaraq satışa çıxarılan və insan sağlamlığı üçün zərərli olan məhsulların satışının qadağan olunmasından ibarət olduğunu deyib.

 

Deputat aparılan monitorinqlərə əsasən bu gün spirtli içkilər bazarında, xüsusən də insan sağlamlığı üçün ziyanlı olan və eyni zamanda qeyri-leqal istehsal olunaraq bazara çıxarılan məhsulların sayının az olmadığını qeyd edib. O, yeni qaydaların yalnız arağa tətbiq olunacağını qeyd edib.

 

V.Bayramov eyni zamanda bir sıra hallarda bəzi alkaqollu içkilərin qiymətinin onların aksiz vergisindən belə aşağı olmasına diqət çəkib. Deputat qanunda edilən dəyşikliyin qiymətlərə təsirinə gəlincə bildirib ki, qaydalar Nazirlər Kabineti tərəfindən qanunvericiliyə edilən dəyişikliklərdən sonra hazırlanacaq:

 

“Həmin qaydalara uyğun olaraq qiymətlərin necə dəyişəcəyini o zaman söyləmək olar. Əslində praktik olaraq əgər məhsul istehsalı leqaldırsa, vergilər ödənilirsə, xərclər nəzərə alınrsa yeni qaydalar həmin məhsullara təsir göstərməmlidir. Çünki qaydalarda məqsəd bazara qeyri -leqal çıxarılan və qiyməti kifayət qədər aşağı olan, hətta aksiz vergisindən az olan ərzaqların satışının qarşısını almaq və  bazarlarda  leqal istehsal olunan məhsulların satışına nail olmaqdır. Ona görə də yeni qanun bu qaydalara qədər bazara çıxarılan və xərcləri tam olaraq hesablanan və aksiz vergiləri daxil olmaqla bütün məhsulların qiymətlərinə təsir göstərəcək. Qiymətlərin necə dəyişəcəyi isə qaydalar hazırlanıb tətbiq olunduqdan sonra bəlli olacaq”.

  

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB