Bu gün daha dörd oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
İkinci oyun günündə daha dörd matç baş tutacaq. Premyer Liqa klublarından "Araz-Naxçıvan" "Şahdağ Qusar"la, "Kəpəz" "Ağdaş"la, "Səbail" isə "Dinamo" ilə üz-üzə gələcək.
Günün ilk görüşündə I Liqada çıxış edən MOİK "Şimal"ı sınağa çəkəcək.
29 oktyabr
14:00. MOİK - "Şimal"
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
"Kapital Bank Arena" (ehtiyat meydan)
16:00. "Şahdağ Qusar" - "Araz-Naxçıvan"
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
"Liv Bona Dea Arena"
16:00. "Ağdaş" - "Kəpəz"
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu
18:00. "Dinamo" - "Səbail"
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"ASCO Arena"
Qeyd edək ki, ötən gün "Turan Tovuz" klubu "Hypers Guba"nı 7:2 hesabı ilə üstələyib. Bu raundun digər matçları oktyabrın 30-31-də gerçəkləşəcək.
Xəbər lenti
İlham Əliyevdən Qərbə MESAJ
"Dünya Bakıda toplaşıb və biz “Azərbaycana xoş gəlmisiniz!" deyirik"