Abituriyentlərə xarici dil tələbi qoyulub.

11:56 15-03-2019 | icon 47 | Təhsil
Abituriyentlərə xarici dil tələbi qoyulub.

 

Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə abituriyentlərə xarici dil tələbi qoyulub.

 

Versus.Az  Dövlət İmtahan Mərkəzinin saytına istinadən xarici dil tələbi qoyulan universitetləri və ixtisasları diqqətə çatdırır:

 

Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlər ərizə­lərində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

“ADA” Universitetinin ixtisaslarının mü­sabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan (esse tələb olunmur) və IELTS Academic imtahanı üzrə minimum 6.0 və ya IBT üzrə minimum 75 balı olan abituriyentlər də buraxılacaqlar. 

“Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur. Qeyd olunan şərtləri ödəyən abituriyentlər 1-ci bənddə gös­təri­lən müd­dət­də və qaydada “Abituriyentin elektron ərizəsi” formasını təsdiq etməklə yanaşı, 2019-cu il iyunun 15-dək SAT və IELTS Academic (və yaxud IBT) imtahanlarının nəticə­lərini DİM-ə (elektron və kağız formada) və “ADA” Universitetinə (elektron formada) təqdim etməlidirlər.

Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur.

Filologiya (Azərbaycan dili və ədəbiyyatı) və Beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil almaq üçün abituriyentlərə xarici dil seçimində heç bir məhdudiyyət qoyulmur.

Alman dili müəllimliyi, Alman dili və ədəbiyyatı müəllimliyi, Regionşünaslıq (Almaniya üzrə), Filologiya (alman dili və ədəbiyyatı), Tərcümə (alman dili) ixtisaslarına qəbul olunmaq istəyənlər qəbul imtahanında alman və ya ingilis dilindən imtahan verməlidirlər.

Fransız dili müəllimliyi, Fransız dili və ədəbiyyatı müəllimliyi, Regionşünaslıq (Fransa üzrə), Filologiya (fransız dili və ədəbiyyatı), Tərcümə (fransız dili) ixtisaslarına qəbul olunmaq istəyənlər də qəbul imtahanlarında fransız və ya ingilis dilindən imtahan verməlidirlər.

Regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasına qəbul olunmaq üçün ərəb və ya ingilis dilindən imtahan vermək tələb olunur.

Dillər Universitetinin digər ixtisasları üzrə təhsil almaq istəyənlər ingilis dilindən imtahanda iştirak etməlidirlər.

Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” və “Tərcümə (ingilis dili üzrə) ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan verən abituriyentlər seçə bilərlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI