Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

13:00 15-03-2019 | icon 87 | Cəmiyyət
Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

 

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb. 


Versus.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Akif Əliyə yaxın mənbə bildirib. 
Qeyd edilib ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə hələ ki,yeni təyinat olmayıb. Ancaq bu vəzifəyə tezliklə yeni şəxsin gətiriləcəyi istisna deyil.
Xatırladaq ki, Akif əli  1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.
"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
"Əməkdar jurnalist” fəxri adına layiq görülüb.


Akif Əli 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib.
Atası Əli Məhərrəmov (1924 – 1977) hüquqşünas kimi uzun illər respublikanın prokurorluq və məhkəmə orqanlarında çalışıb. Anası Şəhla Məhərrəmova, evdar qadın olub(1928-2008) .
Akif Əli Bakı şəhərindəki 16 №-li orta məktəbi (1970), M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), Bakı Ali Partiya Məktəbini (1989) bitirib.
"Azərbaycanfilm” kinostudiyasında prof. Adil İsgəndərovun rəhbərlik etdiyi iki illik Kinoaktyorluq kurlarında oxuyub (1972-74); sonra bir neçə bədii filmdə baş rollara çəkilib:
-"Uzun müharibədə qısa görüşlər” ("Tacikfilm” və "Lenfilm” k/st. birgə istehsalı, 1974) – Rüstəm;
– "Tütək səsi” ("Azərbaycanfilm” kst., 1975) – Tapdıq;
– "Əgər biz bir yerdəyiksə” (Moskva Mərkəzi TV, 1976) – Məmməd;
– "Arxadan vurulan zərbə” ("Azərbaycanfilm” kst., 1977) – Fazil müəllim
və b. obrazları yaradıb.
1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb:
– Radionun "Satira və yumor” şöbəsinin müdiri işləyərkən (1981-1983) bir neçə populyar radio verilişinin ("Sabahınız xeyir”, "Molla Nəsrəddin”, "Gülüş axşamı”);
– Televiziyanın "Gənclər üçün proqramlar baş redaksiyası”nın Baş redaktoru vəzifəsində çalışarkən isə bir sıra populyar televiziya proqramlarının ("Zəriflik”, "Aygün”, "İdrak”, "Tələbə dünyası”, "7 sual, 7 cavab” televiktorinası, "Teleteatrda gənclər gecəsi”, "Çay, çay, çay!”, "Mənəvi dünyamız”) – yaradıcısı, müəllifi, yaxud redaktoru olub.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1981).
Azərbaycan EA Ədəbiyyat institutunda dissertant olaraq, "Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edib (elmi rəhbər-prof.Yaşar Qarayev).
Filologiya elmləri üzrə Fəlsəfə Doktoru (1988), dosentdir (2000).


Akif Əli 1990-cı ildə Azərbaycanda ilk müstəqil demokratik mətbu orqanlardan olan "Vətən səsi” qəzetinin yaradılmasında bilavasitə iştirak edib. 1991-93-cü illərdə həmin qəzetin baş redaktoru olub.
Mətbuatda demokratikləşmə prosesləri, müstəqillik uğrunda mübarizələr, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Qarabağ həqiqətləri, qaçqın soydaşlarımızın problemləri,  klassik irsimiz, kulturologiya, maarifçilik və digər  mövzularda çoxlu sayda məqalələri dərc olunub.


Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya institutunda (indiki DİA) "Kulturologiya” kafedrasının müdiri (1992-94) işləyib; müxtəlif ali məktəblərdə "Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi”, "Azərbaycan mədəniyyətinin tarixi” kurslarından mühazirələr oxuyub.

Xəbər lenti

Stalinlə vidalaşarkən 3 min insan ayaq altında qalaraq ölüb 

– Böyük rəhbərə son dəfə qurban gedən kiçik adamlar

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı -

Nikol Paşinyanın çağırışı ilə Ermənistanda vətəndaşlar məhkəmələrin giriş-çıxışını bağlayıb

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib -YENİLƏNİB

Azərbaycan təmsilçisi Çingiz Mustafayevin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməyib

Fizuli Məmmədov jurnalist Fuad Abbasova dəstək verməyə hazırdı

“Paşinyanın cavabı döyüş meydanında verilməlidir”-MÜSAHİBƏ

Qarabağ klanı Paşinyana qarşı əks-inqilab hazırlayır

Oğul 77 yaşlı anasını öldürdü – Nardaranda dəhşət

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Azərbaycanda dəhşətli hadisədə ölən tələbə...

Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

XIN “Hayastan”ın Qarabağda elədiyi layihələrə beynəlxalq aləmdə münasibət bildirilməsini təmin etməlidir...

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək