Ölümünün 40 ili

10:08 17-03-2019 | icon 55 | Mədəniyyət
Ölümünün 40 ili

2019-cu il martın 18-də Azərbaycan Respublikasının Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir) ölümünün 40 ili tamam olur.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, martın 18də saat 12.00-da İkinci Fəxri Xiyabanda Xan Şuşinskinin ölüm günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaq.

 

Xan Şuşinski milli musiqi tariximizdə özünəməxsus, şərəfli yer tutmuşdur. O, hələ yeniyetmə vaxtlarından xanəndəliyə başlamış, tanınmış sənətkar İslam Abdullayevdən dərs almışdır. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir.

 

Xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur. Yaradıcılıqla məşğul olduğu 60 ilə yaxın vaxt ərzində öz sənəti ilə xalqa xidmət etmişdir.

 

Xan Şuşinski müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanmış, Azərbaycan muğamlarını zənginləşdirmiş, bir neçə muğama yeni xallar, güşə və şöbələr əlavə etmişdir. Klassik xanəndələrin ənənələrinin layiqli davamçılarından olan istedadlı sənətçi oxuduğu muğamlarda gəzişmə və zəngülələrdən məharətlə istifadə etmişdir.

 

O, 1924-cü ildən keçmiş SSRİ-nin bir çox şəhərlərində uğurla çıxış etməklə, muğam sənətini ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilmiş və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir. Vaxtilə onun böyük məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Bayatı şiraz”, “Mahur”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Şur”, “Çahargah” və “Heyratı” muğamları, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Apardı sellər Saranı”, “Girdim yarın bağçasına” xalq mahnıları, milli musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına əbədi həkk olunmuşdur.

 

Xan Şuşinski əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirmişdir. Müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları dillər əzbəri olmuşdur. O, öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Üzeyir Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.

 

1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə sənətkarın çıxışı yüksək qiymətləndirilmişdir.

 

Ustad sənətçinin gənc xanəndələrin yetişdirilməsində də əməyi olmuşdur. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələri əsasında məktəb yaratmış görkəmli xanəndə, bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin inkişafına sərf etmişdir.

 

1943-cü ildə o, milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüş, “Şərəf nişanı” ordeni və medallarla təltif olunmuşdur.

Xan Şuşinski 1979-cu il martın 18-də vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Xəbər lenti

Stalinlə vidalaşarkən 3 min insan ayaq altında qalaraq ölüb 

– Böyük rəhbərə son dəfə qurban gedən kiçik adamlar

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı -

Nikol Paşinyanın çağırışı ilə Ermənistanda vətəndaşlar məhkəmələrin giriş-çıxışını bağlayıb

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib -YENİLƏNİB

Azərbaycan təmsilçisi Çingiz Mustafayevin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməyib

Fizuli Məmmədov jurnalist Fuad Abbasova dəstək verməyə hazırdı

“Paşinyanın cavabı döyüş meydanında verilməlidir”-MÜSAHİBƏ

Qarabağ klanı Paşinyana qarşı əks-inqilab hazırlayır

Oğul 77 yaşlı anasını öldürdü – Nardaranda dəhşət

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Azərbaycanda dəhşətli hadisədə ölən tələbə...

Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

XIN “Hayastan”ın Qarabağda elədiyi layihələrə beynəlxalq aləmdə münasibət bildirilməsini təmin etməlidir...

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək